Dolların ucuzlaşması diqqət mərkəzində - GÜNƏ BAXIŞ
Beynəlxalq maliyyə bazarlarında bu həftə dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, diqqət mərkəzində olacaqdır.
EUR
Beynəlxalq valyuta birjalarında avroya olan tələbin artması fonunda EUR/USD məzənnəsi 1.1422$-a kimi bahalaşıb. Bunun əsas səbəbi Amerika höküməti ətrafında siyasi risklərin artması ilə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasıdır. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1400$-ın üzərində möhkəmlənərsə, 1.1507$-a kimi də bahalaşa bilər.
Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 14:00, cümə günü saat 14:00 və 17:30-da müvafiq olaraq yayımlanacaq, Avrozonanın iqtisadi inkişaf, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Hal-hazırda dünya birjalarında 1.3200$-ın üzərində təklif edilən məzənnə, 1.3217$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3297$-a kimi də bahalaşa bilər. İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi də diqqət mərkəzində saxlanılmalıdır.
TRY
Türkiyə maliyyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilməkdədir. Beləliklə, USD/TRY məzənnəsi 5.2460TL-ni də aşağı istiqamətdə qıraraq altında qalarsa, 5.2033TL-yə kimi də ucuzlaşa bilər.
OIL
Avropanın Brent markalı neftinin qiyməti üzrə təhlillərə əsasən, bir barelin qiyməti 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dünyada siyasi, xüsusilə də ABŞ höküməti ətrafında risklərin yenidən artması, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 2% bahalaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1304$-ı (41.9 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1314$-a (42.3 $/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























