2018-ci ildə də Audi məşhur mükafatlara layiq görülüb
(®) Hər il Audi ənənəvi olaraq dünyaca məşhur mükafatlara layiq görülür. Keçən il də istisna olmadı, belə ki 2018-ci il Audi üçün produktiv və yaddaqalan olub.
Ötən il ilk olaraq “Audi Q5” lüks yığcam krossover sinfində, daha sonra “Audi Q7” orta ölçülü lüks krossover sinfində qalib gəliblər. Qalib-modellər avtomobil sahəsinin qabaqcıl və tanınmış müşahidəçisi – “Kelley Blue Book” paneli tərəfindən seçilmişdir.
Yaponların “GQ” jurnalı “Audi A8” və “Audi A7 Sportback” modellərini “Luxury Cars of the year” (İlin lüks avtomobilləri) mükafatına layiq görüb.
“Auto Bild” və “Computer Bild”, avtomobilin əyləncə cihazları kateqoriyasında “Connected Car Award” mükafatını Audi brendinə təqdim ediblər.
İspaniya. Audi Q8 – üçqat qalib
“Axel Springer Spain’s Motor Awards 2018”in qalibi “Audi Q8” elan edilib.
“Auto Bild España” jurnalının oxuyucuları “Audi Q8”i iri krossover sinfində lider avtomobil hesab edirlər. Jurnalistlər həmçinin “Audi Q8”in eksteryer görünüşünü “Special Top Gear Spain” mükafatına layiq görüblər. “Car Driver” jurnalının internet sorğusunun nəticələrinə əsasən oxuyucular “Q8”i ən yaxşı avtomobil seçiblər.
Fransa
“Ailə və Premium Krossover” sinfində Audi Q8 “Argus Award 2019” mükafatını qazanıb.
“Auto Motor” jurnalının onlayn yarışmasında Audi Q3 “Car of the Year in the Innovations Award 2018” mükafatını əldə edib.
“E-tron” da mükafatsız qalmayıb. Belə ki, Fransanın yol hərəkəti barədə məlumat mərkəzi tərəfindən “Techno-Car 2019” sinfində “Coyote Award” mükafatı ilə təltif olunub.
Texnoloqiya mövzularına həsr olunan “lesnumériques.com” saytı “Les Etoiles” sıralamasında “A7 Sportback”ı ən yaxşı texnoloji avtomobil mükafatına layıq görüb.
Sizə qısaca, mükafatların bir hissəsini təqdim etdik. Yaxın illərdə Audi yeni modellər təqdim etməklə mükafatların sayını artırmaq fikrindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























