“Express Bank”da Əkrəm Həsənovla görüş keçirilib
“Express Bank” ASC-də bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla görüş keçirilib.
Görüş Bankın təşəbbüsü ilə baş tutub.
“Express Bank”ın rəhbərliyi ekspertə Bankın ötən ili zərərlə başa vurmasının səbəblərini izah edib və bunu götürülmüş böyük məbləğdə kreditlərə görə ehtiyatların yaradılması ilə əlaqələndirib.
Qeyd edək ki, Ə.Həsənov bu günlərdə ölkə mətbuatına “Express Bank”ın zərərlə işləməsi ilə bağlı açıqlama verib. Ekspert açıqlamasında Bankın “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu bəyan edib. Onun fikrincə, “Express Bank”ın mənfəətdən zərərə keçməsi məhz E.Pirverdiyevin vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.
“Express Bank”ın səhmdarları arasında E.Pirverdiyev, eləcə də Pirverdiyev soyadlı heç kim yoxdur. Bankın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
10 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
10 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
10 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
12 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
13 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















