"Dollar kreditlərindəki problemlərin həlli üçün 2 yol var"
2015-ci ildə baş verən devalvasiyadan sonra Azərbaycanda dollar kreditlərinin verilməsi dayandırılsa da, bankların kredit portfelində dollarla olan hissənin payı hələ də böyükdür. Hazırda bank sektorunun 12,6 milyard manatlıq kredit portfelinin təqribən 8 milyard manatı milli valyutada, 4,9 milyard manat isə dollardadır (2,9 milyard dollar) .
Ötən ilin sonu ilə müqayisədə əhaliyə dollarla verilən kreditlərin həcmi kəskin azalıb, bu da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dollar kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərlə bağlıdır. Əvəzində 2018-ci ildə biznesin əldə etdiyi dollarla kreditlərin həcmi artıb.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirir ki, dollarla olan kreditlər probleminin (yəni qaytarılması ilə bağlı problemi) həlli yollarından biri həmin kreditlərin qaytarılmasıdır. ABA rəhbəri bildirir ki, söhbət təkcə bankların dollar kreditini toplamaq istəyi ilə bağlı deyil, məsələnin iki tərəfi də var. Digər tərəf, banklarda əmənətlərin əksəriyyətinin dollarda yerləşdirilməsidir.
Hazırda Azərbaycanın bank sektorunda 8 milyard manata yaxın əmanət var. Bu əmanətlərin böyük hissəsi dollarda yerləşdirilib. Əmanətlərin təqribən 5 milyard manatı xarici valyutada, yəni dollardadır. Doğrudur, bir il əvvəllə müqayisədə əmanətlərdə dolların çəkisi azalıb - 68%-dən 62,5%-ə enib. Amma hələ də əmanətlərin böyük hissəsi xarici valyatada olduğuna görə, banklar dollar kreditlərini manata çevirə bilmirlər: "Yəni, hazırda banklarda iki problem var. Birincisi - ilin əvvəlindən bəri azalsa da, hələ də yüksək olan əmanətlərdə dollarlaşma dərəcəsi, ikincisi, devalvasiyadan əvvəl verilən kreitlərin dollarda mövcud olması və qalmasıdır.
Qeyd edək ki, dollar kreditlərindəki problemlərin həlli üçün nəzəri olaraq iki yol var – həmin kreditlərin manata konvertasiya edilməsi və ya həmin kreditlərin dollarda saxlanaraq vaxtının uzadılması, yəni müştərilərə krediti qaytarmaq üçün bir qədər də vaxt verilməsi".
Z.Nuriyevin sözlərinə görə, əgər söhbət bu kreditlərin ödənilməsi mexanizmimindən gedinsə, "bankların burada edə biləcəyi yalnız və yalnız onların müddətinin uzadılmasından gedir. Çünki onlar (yəni kreditə verilən vəsaitlər) balansda bu şəkildə (dollar şəklində) mövcuddur".
Bu gün bank sektorunda olan əmanətlərin həcmi 8 milyard manat, əmanət hesablarının sayı isə 7,8 milyondur. Kredit hesabların sayı iə 1,5 milyondur: "Bank sektoru bir tərəfdən 1,5 milyon kredit hesablarına, digər tərəfdən isə 7,8 milyon əmanət hesabına malik olan iki qrupun maraqlarını bərabər şəkildə müdafiə etməlidir. Bu mənada bankların verilən kreditlərin geri qaytarılmasından başqa hər hansı yolu yoxdur".
Z.Nuriyev dollar kreditləri məsələsinin həlli ilə bağlı başqa yolların olmasını isə istisna etməyib, "amma bu bank sektorunun səlahiyyətləri və imkanları xaricindədir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®






















