Azərbaycanlı nazir İsveçrədə zavodla tanış olub
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri və nazirliyin nümayəndə heyəti yanvarın 30-dan fevralın 1-dək Cenevrədə işgüzar səfərdə olub.
"Holcim Azərbaycan" şirkətinin yaydığı məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti "LafargeHolcim LTD" şirkətinin İsveçrədəki "Eclepens" Sement Zavodunu ziyarət edib, müssəsisənin fəaliyyəti ilə yaxından tanış olub və istehsal proseslərinə baxış keçiriblər. Bu proseslər həmçinin “birgə emal “adlanır. Birgə emal dedikdə, bir sənaye prosesi çərçivəsində, yəni sement istehsalı zamanı eyni anda mineral materialların təkrar emalı, kommunal və ya sənaye tullantılarından enerjinin əldə edilməsi başa düşülür. Bu, "LafargeHolcim"in dövri iqtisadiyyat prinsiplərini dəstəkləyən innovativ həllərinə ən gözəl nümunədir.
Zavodun direktoru Fransua Jiro nümayəndələrə müəssisənin Avropada ən aparıcı zavodlardan biri olmaqla ekoloji dəyərlərə üstünlük verdiyini bildirib. Qeyd edib ki, zavod idman döşəmələri, konveyer və şin kimi kauçuk əsaslı tullantıları qəbul edə bilir və onlar zavod ərazisində doğranaraq emal edilir. Sement zavodunda tullantıların emalı, tullantıların heç bir kül qalığı olmadan optimal istifadəsini təmin etdiyi, eləcə də qlobal istixana qazı emissiyalarının azaldılmasına və fosil yanacaqdan daha az asılı olan sənayeyə keçidə töhfə verdiyi üçün zibilxanaların praktik, iqtisadi cəhətdən əlverişli və ekoloji cəhətdən üstünlük verilən alternativini təmin edir.
"LafargeHolcim LTD" şirkəti tullantıların idarə olunması üzrə əməliyyatlarını "Geocycle" brendi vasitəsilə həyata keçirir. Dünya üzrə 50-dən çox ölkədə 2000 işçisi ilə 10 000-dən çox müştəriyə xidmət göstərən bu şirkət artıq dünyada ekoloji həll təklif edən aparıcı şirkətlərdən birinə çevrilib.
"Geocycle" şirkətinin Avropa üzrə direktoru Toma Giyo qeyd edib ki, Avropada il ərzində 2.5 milyard ton tullantı yaranır və hazırda poliqonlarda basdırılma və yandırma əsas həll olaraq qalır. Avropada qanunverici səviyyəsində 2030-cu ilə kimi poliqonlarda tullantıların basdırılma səviyyəsinin azaldılması və resurslardan istifadə effektivliyinin artırılması barədə qərar qəbul edilib.
Cənab Giyo bildirib ki, eyni məhsul kateqoriyasına geri qaytarılmayan böyük miqdarda tullantılar mövcuddur və Geocycle, ekoloji və ya iqtisadi cəhətdən səmərəli olmaması səbəbindən ənənəvi həll yolları vasitəsilə emal edilə bilməyən tullantıların utilizasiyasını, yəni, təkarar emalını həyata keçirir.
"Holcim Azərbaycan" ASC-nin direktoru Frederik Quimbal bildirib ki, qeyd edilən texnologiyalar və avadanlıqlar Qaradağ Sement Zavodunda quraşdırılıb və əvvəlcədən emal edilmiş tullantıların tətbiqinə hazır vəziyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
7 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
8 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
8 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
10 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
10 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























