22 bankın kredit portfeli artıb, 8-nin azalıb - SİYAHI
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin kredit portfeli illik müqayisədə azalıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank", "Atabank", "AGBank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (82,4%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"na (4,2%) qeydə alınıb.
Qalan 22 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Respublika"da (54,5%), ən aşağı dinamika isə "Bank of Baku"da (1,4%) qeydə alınıb.
4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 679,975 milyon manat), "Xalq Bank" (1 350,303 milyon manat), "PAŞA Bank" (1 320,893 milyon manat) və "Kapital Bank"dır (1 291,384 milyon manat).
Qalan 26 bankdan 2-nin kredit portfeli 500 milyon manat - 1 milyard manat arasında, 19 bankın kredit portfeli 100-500 milyon manat arasında, 3 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (937 min manat) və İran Milli Bankının Bakı filialıdır (3,578 milyon manat).
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
6 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
7 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
9 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
9 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır






























