Yaxın Şərqdə zəngin insanların sayı iyirmi faiz artacaq
Yaxın beş il ərzində Yaxın Şərq regionunda ultra zəngin insanların sayının 20 faiz artacağı proqnozlaşdırılır.
“Knight Frank” beynəlxalq konsaltinq şirkətinin tədqiqatlarının hesabatında bildirilir ki, 2018-ci ildə 63 faiz multimilyoner öz sərvətlərini artırıb və bədbin iqtisadi proqnozlara baxmayaraq, bu tendensiya yaxın beş ildə davam edəcək.
Tədqiqatda, həmçinin lüks sinif daşınmaz əmlakın qiymətlərinin dinamikası qeyd olunur: 2018-ci ildə Dubayda daşınmaz əmlakın qiyməti 3,4 faiz aşağı düşüb. Bu gün Dubayda 1 milyon dollara 143 kvadratmetr elit yaşayış ərazisi almaq olar, Monakoda isə bu qiymətə ancaq 16 kvadrat metr əmlak almaq mümkündür.
Hesabatda vurgulanır ki, neftin qiymətinin aşağı düşməsinə, ABŞ dollarının məzənnəsindəki və ipoteka kreditləri siyasətindəki dəyişikliklərə baxmayaraq ultrazəngin insanlar Dubayın daşınmaz əmlakına sərmayə yatırmağa davam edirlər. Misal olaraq bildirilir ki, keçən il daşınmaz əmlak sahəsində 142 millətin nümayəndələri, o cümlədən Hindistan, Pakistan, Çin və Rusiya sərmayəçi qismində çıxış ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























