Hyundai N seriası və kətan avtomobil Tucson N
(®) FİA Rally Çemnpionatını izləyən avtomobil həvəskarları bu avtomobillərin çətin həyat şəraitində fəaliyyət göstərdiklərini bilirlər. WRC çərçivəsində avtomobillər müxtəlif hava və yer səthi şəraitində manevrlər edərək qalib olmağa çalışırlar.
2015-ci ildə təməli qoyulan N-Line layihəsi isə Hyundai Motors şirkətinin Namyang-da (Cənubi Koreya) yerləşən araşdırma və inkişaf mərkəzinin şərəfinə belə adlandırılmışdır. Mərkəzə rəhbərliyi dünyanın bir çox avomobil brendlərinə tətbiq etdiyi yeniliklərlə tanınan alman mütəxəsis Albert Biermann edir.

Bu mərkəzdə lahiyyələşdirilən avtomobillər şirkətin 2025 hədəflərinə müvafiq olaraq həm WRC tələblərinə və həm də yüksək texnoloji yenilikləri özündə əks etdirə imkanlarla təchiz olunmalıdır. Bu seriadan olan və kütləvi istehsal olunan ilk avtomobil i30N avtomobil sevərlər üçün çox yaxşı tanışdır.
Hyundai bu il Tucson N modelini elan etdikdən qısa müddət sonra “Drive Statement” layihəsi çərçivəsində də nümayişə çıxartmağa qərar verdi.
Əvvəlcə Tucson N haqqında
N seriasından olan ilk avtomobil i30 modelinə nisbətən Tucson N daha radikal xarici görünüşə sahibdir. Sərt gündüz işıq fənərlərinə bir dəfə nəzər yetirmək kifayətdir ki, bu avtomobili adi Tucson-dan fərqləndirə biləsiniz.




Xarici görünüşdəki fərq bununla bitmir. Yenilənmiş ön bamper, xüsusi hazırlanmış dumana qarşı LED fənərlər, xromlu radiotor barmaqlığı, böyüdülmüş yüngül lehimli disklər və xüsusi tündləşdirilmiş malik olan şüşlələr N line seriyasının əsas vizual elementləridir. Avtomobilin i30 və Elantra GT N seriasından ilhamlarnaraq dizayn edildiyini düşünməmək mümkün deyil. Lakin Cənubi Koreya brendinin SUV formatda olan ilk N seriyalı avtomobili olması mövzunu daha da maraqlı edir.
Avtomobilin interyeri isə valehedici şəkildə dizayn və təchiz edilmişdir. Yan tərəfdən gücləndirilmiş dəstəkləyicili dəri oturacaqlar, mexaniki ötürmə qutusu və idman avtomobilinə xas olan sükan bu geniş salonlu avtomobilin içində sizə istədiyiniz komfort və həyacanı yaşada bilər.
Texniki göstəricilərdə nəzərə çarpan ilk amil ön və arxa yayların müvafiq olaraq 8% və 5% daha möhkəm olmasıdır.

2018-ci ilin statistikalarında 138000-ə yaxın Tucsonun Avropa istehlakçılarının seçimi olması göstərilir. Avropalılar bu avtomobilə benzin 1.6 T-GDİ və hibrid 1.6 CRDi olan 2 komplektsiyada sahiblənəcəklər.
Görünür 2019-cu ilin bir neçə ayı ərzində 10 800 avtomobilin satılması Hyundai şirkətinin “Drive the statement” layihəsində məhz Tucson N modelinin istifadəsinə cəsarətləndirib.

Anfreas Prays müasir rəssamlıq sənətinin tanınmış nümayəndələrindəndir. Məhşur rəssam avtombil üzərində 72 saat ərzində məharətlə çalışaraq gözəl sənət əsəri yaratmağa çalışıb. Bu minvalla Tucson N “Art Car” silsiləsinə daxil olmuş oldu. Anfreas layihəd iştirakı ilə bağlı “avtomobilin kətan kimi

istifadə edilə biləcəyi imkanı ilə hər gün qarşılaşa bilməzsiniz. Mən bu imkandan istifadə edərək avtomobili bütünlə öz bəyanatıma çevirmiş oldum” deyir.
Anfreas, avtomobildəki idman üslubu, yarış modellərinə xas cizgilər, kiçik detalları ağ, qara, qırmızı və parlaq mavi rənglərin müxtəlif çalarlarından istifadə edərək avomobilin emosialarının əksini yaratnmış və bununla sanki avtomobilin ruhunu canlandırmışdır.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə Hyundai Tucson 2019 modeli 2.0 MPi benzin mühərriki ilə satılır.
Daha ətraflı məlumat üçün:
Telefon: (012) 989
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
3 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
4 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib























