Azərbaycana yeni krossover gətirilir - GƏMİNİ XATIRLADIR
Hyundai-ın yeni krossover modeli "Palisade", Azərbaycana 2019-cu ilin İyul ayında gətiriləcək.
Bu barədə "Marja"ya Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi təmsilçisi "Auto Azərbaycan" şirkətindən bildirilib.
Los-Angeles avtomobil sərgisində təqdim edilən Hyundai Palisade modeli üçün bir Amerikan maşını da demək olar. Buna səbəb avtomobilin şərq istehsalçılarının üslubundan tamamilə fərqlənməsidir. Avtomobilin sadəcə radiator barmaqlıqlarının ölçüsü və əzəmətli dizaynı GMC və Lincorn kimi modellərə meydan oxuduğunu göstərir. Avtomobil ön və yan tərəflərdən brendin flaqmanı olan Santa Fe-ni xatırlatsa da arxa hissədən bənzərsiz dizaynla təmin edilmişdir.
Palisade böyük avtomobildən daha çox bütün kompfortları özündə birləşdirən gəmini xatırladır. Bu model istehsalı dayandırlmış Hyundai ix55 və ya Hyundai Vercruz modelinin SUV bazarında əvəz edəcək.
Hyundai Palisade modelinin ən mühüm üstünlüyü interyer dizayında praktikliyə xüsusi diqqətin ayrılmasıdır. İnteryer dizaynı ultra müasir cizgiləri ilk baxışdan rahatlıq vəd edir. "Filtirasiy" sistemi avtomobilin içərisini tozdan təkcə qorumur həm ionizator sistemi də sərnişinlərin səhhətinin qeydina qalır. İkiqat qoruyuculu sistemi isə sərnişinlərə səssiz və hüzurlu səyahət vəd edir.

Hyundai Palisade avtomobilinin interyer dizaynı SUV sinfində ən müasir yanaşma olduğunu deməmək mümkün deyil. İnteryer dizayn zamanı şirkətin SUV flaqmanı "Sanata Fe" və yalnız hələlik Şimali Amerikada satılan hidrogen yanacağı ilə çalışan "Hyundai Nexo" modellərinin uğurundan ilhamlandığı aydın hiss olunur.
İstehsalçı "2019 Santa Fe" və "2019 Kona" haqqında avtomobil tənqidçilərinin infotaiment monitoru barədə iradlarını "Hyundai Palisade" modelində nəzərə almışdır. Eləcə də oturacaqlar və salonun əsas hissəsi "Nappo" keyfiyyətli dəridən hazırlanmışdır.



Oturacaqlar isitmə və sərinlətmə sistemləriilə təchiz olunmuşdur. Sükan Santa Fe modelinin sükanından çox fərqlənmir və qızrıcı ilə təchiz edilmişdir. Avtomobildə ümumilikdə 7 USB port çıxıs yerləşdirilmişdir. Alətlər paneli 12.3” rəqəmsal monitordur və analoq görüntü ilə sürücünün vərdişlərinə uyğunlaşır. Salonda 10.25” rəqəmsal monitor statndar timkanlrdan əlavə ön və digər sıralrdakı oturacaqları idarə etmək, arxa sıralardakı sərnişinlərə rahat danışmaq, lyuk açıb bağlamaq və s. Kimi bir sıra prosesləri idarə etmək üçün imkanlar təmin edir. Monitor Apple CarPlay və Android Auto sistemlərini dəstəkləyir.


İkinci sıradakı oturacaqlarda 3 nəfərin sıxlıq çəkməkdən vərahatlıqla oturması mümkünüdür. Avtomobilin bu hissəsi Hyundai Santa Fe və Hyundai Santa Fe XL modellərindən daha genişdir. Üstəlik 3-cü və 2-ci sıradakı oturacaqlarınidarə edilməsi onların üzərində olan cəmi bir düymə ilə həyata keçirilir. Ön oturacaqların yan hissələrində USB çıxışın olması isə sərnişinlərə səyahətin dadını çıxartmağa imkan verir. 3-cü sırada yerləşən oturacaqlar isə rahat idarə edilən olduğundan sərnişinlər üçün rahat istirahət təmin edə bilir. Üç oturacaq sırasına sahib olan SUV-lərdə adətən sərnişinlərin 1-ci və 2-ci sırada əyləşən sərnişinlərdən ciddi formada komfortsuz səyahət etməsidirsə Hyundai Palisade bu sahədə də yeniliklər gətirərək aradan qaldırmışdır.
Ətraflı məlumat üçün: www.hyundai.az
Telefon: (012) 989
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
4 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
4 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























