“Mol Bulak” kredit təşkilatının xalis mənfəəti 3 dəfə artıb
“Mol Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1 milyon 552 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 2,9 dəfə çoxdur.
Ötən il “Mol Bulak”ın gəlirləri 5 milyon 999 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 499 min manat, qeyri-faiz gəlirləri isə 500 min manat, xərcləri 3 milyon 296 min manat, o cümlədən faiz xərcləri 325 min manat, qeyri-faiz xərcləri 2 milyon 971 min manat, xüsusi ehtiyatlara ayırmaları 557 min manat, mənfəət vergisi ödəmələri isə 594 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Mol Bulak”ın aktivləri 16 milyon 185 min manat olub ki, bu da illik müqayisədə 39,7% çoxdur. Bunun 13 milyon 269 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 46,1% böyüyüb.
Hesabat dövründə “Mol Bulak”ın öhdəlikləri 2,95 dəfə artaraq 5 milyon 383 min manata, balans kapitalı isə 10,7% artaraq 10 milyon 802 min manata çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























