Türk Lirəsi üçün növbəti kritik həftə
Bu həftə Türkiyə və xarici bazarlar üçün ən önəmli gündəmlərdən biri Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı olacaq.
"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə Mart ayı toplantısında faiz dərəcəsini 24%-də saxlamış, inflyasiyada yaxşılaşma olana qədər (azalana qədər) sərt pul siyasətinin qorunacağını vurğulamışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İqtisadçılar inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarına dair oynaqlıq faktorlarının qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirlər.
Son dövrdə, xüsusən seçkidən əvvəl maliyyə bazarlarda meydana gələn dalğalanmalara qarşı Mərkəzi Bank fövqəladə pul siyasəti alətlərini istifadə edərək TL-nin dəyərini sabit saxlamağa çalışıb.
FAİZ ENDİRİMİ GÖZLƏNTİSİ
Ötən aylarda faiz endirimi ehtimalı danışılmağa başlanmış, ancaq inflyasiyanın yüksək qalmasına görə faiz endiriməsinə ilin 2-ci yarısından sonra başlanacağı ümidləri artmışdı.
Türkiyədə inflyasiyada ciddi və inandırıcı bir geriləmə müşahidə olunmur. İqtisadçılar hesab edirlər ki, bu səbəbdən, 25 Aprel 2019-cu il faiz endirmək üçün çox erkən bir tarixdir.
İqtisadçılar bildirirlər ki, əgər inflyasiya azalarsa və TL sabitləşərsə Mərləzi Bank ən tezi İyulda faiz endirə bilər.
Türkiyə Mərkəzi Bank faiz qərarını qərarı Çərşənbə günü (24 Apreldə) açıqlayacaq.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
17 d. əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Alüminium ixracında dövlət şirkətindən güclü artım
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur

























