“Yapı Kredi Bank Azərbaycan” 2019-un 1-ci rübünü mənfəətlə başa vurub
(®) Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü “Yapı Kredi Bank Azərbaycan” QSC-nin 2019-cu ilin birinci rübü üzrə xalis mənfəəti keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artaraq 1 milyon 686 min manat olmuşdur.
Bu barədə Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, Bankın 2019-cu ilin birinci rübünə dair açıqladığı hesabatda xalis faiz gəlirlərinin 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 10% artaraq 7 milyon 616 min AZN, əməliyyat üzrə gəlirlərinin 21% artaraq 4 milyon 198 min AZN təşkil etdiyini görmək mümkündür. Bundan əlavə, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların 22% azalması bankın kredit portfelinin müsbət keyfiyyət dinamikasından xəbər verir.
Yapı Kredi qlobal bankçılıq təcrübəsini Azərbaycanda tətbiq etməyə davam etmişdir və nəticədə müştərilərinin etimadını qazanmışdır. Belə ki, banka etibar edən, vəsaitlərini əmanət edən fiziki şəxslərin tələbli əmanətlərinə nəzər yetirdikdə həmin rəqəmin 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə 28% artdığını müşahidə edirik.
Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorun maliyyələşdirilməsi istiqamətində və Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq tədbirləri davam etdirmişdir. Nəticə etibarilə, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə bankın kredit portfelinin həcmi 13% artaraq 163 milyon manata yüksəlmişdir.
Bankın kapital göstəriciləri kifayət qədər ürək açandır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübünün sonunda bankın I dərəcəli kapitalı 9% artaraq 66,3 milyon AZN, məcmu kapitalı 11% artaraq 71,3 milyon AZN olmuşdur. Kapitalın adekvatlıq əmsalında da müsbət tendensiya qeydə alınmışdır, belə ki, bank ötən ilin sonundan etibarən kapitalın adekvatlıq əmsalını 20.7%-dən 23.1%-ə qaldırmışdır və bu göstərici yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
4 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
6 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)



















