Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər
“Rusiya Dəmir Yolları” ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb.
Bu barədə “Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyəti sədri Oleq Belozerov Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tbilisi- Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. “Eyni zamanda, İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”,- deyə "Rusiya Dəmir Yolları"nın məlumatında göstərilir.
Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50%-i elektron yolla rəsmiləşdirildisə, hazırda bu göstərici 87%-ə çatıb.
"Rusiya Dəmir Yolları"nı "Azərbaycan Dəmir Yolları" üçün əsas tərəfdaş olaraq qaldığını deyən C.Qurbanov “istər əməkdaşların səriştəsi, istərsə də Rusiya dəmir yollarının inkişaf səviyyəsi bizim dəmiryolçular üçün gözəl nümunədir”, - deyə bildirərək beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların bundan sonra da müsbət dinamikasını saxlayacağına, birgə layihələrin həyata keçiriləcəyinə əmin olduğunu dilə gətirib.
Görüşdə sərhəd-gömrük prosedurlarını daha da təkmilləşdirmək, Bakı- Mahaçqala sərnişin qatarını açmaq imkanlarını araşdırmaq üçün hakimiyyət qurumları ilə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© “Report”
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
4 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
5 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 6 saat əvvəl
-
6 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib






















