Qeyri-nağd valyuta bazarında aparılmış әmәliyyatlar artıb
Qeyri-nağd valyuta bazarında aparılmış әmәliyyatlar 27% artıb, nağd xarici valyutanın alqı-satqısı üzrә aparılmış әmәliyyatların hәcmi isə dəyişməyib.
2019-cu ilin I rübündә valyuta bazarı özünü tәnzimlәmә rejimindә fәaliyyәt göstәrmiş vә manatın xarici valyutalara nәzәrәn mәzәnnәsi tәdiyә balansı üzrә meyillәrә uyğun formalaşmışdır.
“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın “Yanvar- Mart 2019” Pul Siyasəti İcmalında bildirilir.
İcmalda qeyd edilib ki, ölkәnin xarici ticarәt dövriyyәsinin artması ilә әlaqәdar 2019-cu ilin I rübündә valyuta qeyri-nağd bazarda әmәliyyatların hәcminin artması müşahidә edilmişdir.
2019-cu ilin I rübündә qeyri-nağd valyuta bazarında aparılmış әmәliyyatların hәcmi 6.1 mlrd. ABŞ dollar ekvivalentindә olmuşdur (2018-ci ilin 1-ci rübündə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində olmuşdu). Dövr әrzindә qeyri-nağd valyuta bazarında әmәliyyatların 81.2%-i ABŞ dollarında, 18.8%-i digәr valyutalarda aparılmışdır. Qeyri-nağd valyuta әmәliy-yatlarının 38.4%-i banklararası valyuta bazarında (BVB), 61.6%-i isә bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır.
Hesabat dövründә BVB-dә ABŞ dolları ilә aparılmış әmәliyyatların 54.9%-i bankların valyuta mövqeyinin tәnzimlәnmәsi ilә әlaqәdar olmuşdur.
BVB-dә valyuta әmәliyyatları üzrә dövriyyә әsasәn “Bloomberg” platformasında aparılan әmәliyyatlar hesabına formalaşmışdır. BDVB-dә valyuta әmәliyyatları-nın hәcmi 3.8 mlrd. dollar ekvivalentindә olmuşdur ki, bunun da 73%-ni ABŞ dolları ilә әmәliyyatlar tәşkil etmişdir.
BDVB-dә valyuta әmәliyyatlarının 90.8%-i hüquqi şәxslәrlә aparılan valyuta әmәliyyatları tәşkil etmişdir.
Banklar tәrәfindәn nağd xarici valyutanın alqı-satqısı üzrә aparılmış әmәliyyatların hәcmi hesabat ilindә 1.4 mlrd. ABŞ dolları ekvivalentindә olmuşdur. Bunun 1.1 mlrd. dollarını vә ya 78.6%-ni ABŞ dolları ilә aparılmış әmәliyyatlar tәşkil etmişdir. Qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə də banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdu.
Rüb әrzindә Mәrkәzi Bankda Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun (ARDNF) valyuta satışlarının hәyata keçirilmәsi mәqsәdilә hәrracların tәşkili davam etdirilmişdir. Valyuta hәrracları hәftәdә iki dәfә keçirilmiş, hәr bir hәrracın parametrlәri haqqında mәlumatlar hәrrac başlamazdan әvvәl “Bloomberg” terminalı vasitәsilә bazar iştirakçılarına elan edilmişdir. 2019-cu ilin I rübündә Mәrkәzi Bank ümumilikdә 24 valyuta hәrracı keçirmişdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Cari ilin I rübündә dә manatın rәsmi mәzәnnәsi banklararası әqdlәr üzrә orta mәzәnnә (“Bloomberg” platformasında hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar nәzәrә alınmaqla) әsasında müәyyәn edilmişdir. Rüb әrzindә manatın ABŞ dollarına qarşı orta günlük rәsmi mәzәnnәsi 1.7000 manat tәşkil etmişdir. Banklar tәrәfindәn müәyyәn edilәn xarici valyutanın alış-satış mәzәnnәlәri dәyişkәnlik nümayiş etdirsә dә rәsmi mәzәnnәyә yaxın olmuşdur. Rüb әrzindә kommersiya banklarının orta günlük alış mәzәnnәsi 1.6979, satış mәzәnnәsi isә 1.7023 manat tәşkil etmişdir. Rәsmi mәzәnnә ilә kommersiya banklarının orta günlük alış mәzәnnәsi arasında fәrq 0.1% (0.0021 manat), satış mәzәnnәsi ilә isә 0.1% (0.0023 manat) olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
26 d. əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
-
- 53 d. əvvəl
-
2 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
2 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun





















