Palata xalis mənfəətini kəskin artırıb

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ili 10 milyon 443 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur. Palata 2017-ci ili 3 milyon 877 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” qurumun maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci ildə ümumi gəlirləri 15 milyon 182 min manat ikən, 2018-ci ildə 20 milyon 781 min manat təşkil edib (illik 5 milyon 599 min manat və ya 36,9% artıb). Gəlirlərin artmasına qarşılıq xərclər azalıb. Cəmi xərclər 11 milyon 305 min manatdan 10 milyon 349 min manat düşüb (956 min manat və ya 8,5% azalıb ).
KREDİT TƏŞKİLATLARI 15 MİLYON MANATDAN ÇOX ÖDƏYİB
Ötən il Palatanın 20 milyon 33 min manat əsas əməliyyat gəlirinin 15 milyon 320 min manatını kredit təşkilatları üzrə ödənişlər, 4 milyon 102 min manatını sığorta və təkrarsığorta şirkətləri üzrə ödənişlər, 288 min manatını mərkəzləşdirilmiş kredit reyestri üzrə ödənişlər və 323 min manatını digər ödənişlər təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2018-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının cəmi aktivləri 46% artaraq 21 milyon 335 min manata çatıb. 2017-ci ilin sonunda Palata 14 milyon 640 min manat cəmi aktivlərə malik idi.
2017-ci illə müqayisədə 2018-ci ildə Palatanın pul vəsaitləri və onların ekvivalentləri 5,6 dəfə artaraq 9 milyon 306 min manata çatıb. Kredit təşkilatlarından alınacaq məbləğlər 52,3% artaraq 8 milyon manata, debitor borcları isə 30,5% artaraq 2 milyon ,329 min manata qalxıb.
4 Oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərman ilə, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri təyin olunana qədər İdarə Heyətinin vəzifələri müvəqqəti olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşmış İdarə Heyətinə tapşırılıb. Hazırda İbrahim Əsəd oğlu Alışov İdarə Heyətinin sədri vəzifəsini, Asim Asəf oğlu Zülfüqarov, Əfqan Məhəmməd oğlu Baxışov və İmran İsmayıl oğlu Məmmədov İdarə Heyətinin üzvü vəzifələrini müvəqqəti icra edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
46 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
