Qara Qu Quşu – Mümkünsüzün Təsiri
Readit.az məzmun kitabxanası dünyaca məşhur çox satan kitabların məzmunlarını Azərbaycan dilində oxuculara təqdim etməkdə davam edir. Bu günkü məqaləmiz sayta yenicə əlavə olunmuş “Qara Qu quşu – Mümkünsüzün təsiri” məzmunu barəsindədir. Qeyd edək ki, kitab bu günə qədər Azərbaycan dilinə tərcümə edilməmişdir.
Nasim Nikolas Talib Livan-Amerika əsilli yazıçı, akademik, statistik və risk analistidir. Onun tədqiqatları xüsusilə təsadüfilik, ehtimal və qeyri-müəyyənlik məsələlərinə fokuslanıb. 2007-ci ildə yazdığı “Qara Qu quşu” adlı kitabı “The Sunday Times” tərəfindən II Dünya Müharibəsindən bu günə qədər ən təsirli 12 kitab siyahısına daxil edilib.
“Qara Qu quşu” kitabı bəzi nadir və proqnozlaşdırıla bilməyən hadisələrə və insanların həmin hadisələrə primitiv şərhlər vermə meylinə fokuslanır. Müəllif kitabda həmçinin, bilik, estetika və həyat tərzləri ilə bağlı məsələlərə də toxunur və qurmalardan istifadə edir. Müəllif öz nəzəriyyəsini əsaslandırmaq və daha aydın şərh etmək üçün şəxsi həyatından hekayələr də danışır. Məzmun xüsusilə, yeni və yaradıcı fəaliyyətlə məşğul olmaq istəyənlər üçün maraqlı olacaq.
Saytda dərc edilmiş məzmundan bir hissəni nəzərinizə çatdırırıq.
Yeri gəlmişkən, Readit.az saytına 6 aylıq abunə alsanız, həm 100-ə yaxın məzmunu abunə müddətində onlayn oxuya biləcəksiniz, həmçinin 15 kitabın məzmununu özündə cəmləyən “Daha Ağıllı ol!” kitabı sizə hədiyyə olunacaq. Qeyd edək ki, hal-hazırda readit.az saytında 100-ə yaxın ən məşhur kitabların məzmunları toplanıb.
Abunə paketləri => https://readit.az/az/subscribe/private
Kitabda “Qara qu quşu” kimi adlandırılan hadisənin üç əsas xüsusiyyəti var:
- Mümkün gözləntilərdən kənarda qalması səbəbindən qeyri-adidir (Nadirlik);
- Mükəmməl təsir gücünə sahibdir (Mükəmməl Təsir Gücü);
- Gözlənilməz olmasına baxmayaraq, bizi qeyd olunan hadisənin təsvir edilməsi və proqnozlaşdırılması üçün bəzi şərhlər tapmağa istiqamətləndirir (Keçmişə istiqamətlənən proqnoz)
Adətən, hər hansı bir təşəbbüsün gəliri proqnozlaşdırılan gəlirlə tərs mütənasibdir. Qeyri-adi hadisələri proqnozlaşdıra bilməmək, tarixin gedişatını proqnozlaşdıra bilməmək deməkdir. Qara Qu Quşları proqnozlaşdırıla bilmədiyi üçün onların mövcudluğuna öyrəşməliyik. Dezinformasiyaya və ya bilmədiklərimizə fokuslanaraq çox az məsələni həll edə bilərik. Digər faydaları ilə yanaşı, ətrafımıza göz gəzdirərək nadirən özünü göstərən Qara qu quşlarını toplamağa çalışmalıyıq. Beləliklə, ən faydalı strategiya mümkün qədər çox araşdırmaq və Qara Qu quşu fürsətlərinə diqqət yetirməkdir.
Bildiklərimizə həddindən artıq fokuslanma nəticəsində özünü göstərən bir məsələ var; biz adətən, ümumini deyil, konkreti öyrənməyə meyilliyik. Bu problem zehnimizin quruluşu ilə bağlıdır; biz qaydaları deyil faktları öyrənirik. Mücərrəd məsələləri qəbul etmirik və lazımsız hesab edirik. Düşünmək zaman və enerjinin xərclənməsi baxımından xeyli zəhmətli olduğundan, əcdadlarımız 100 milyon ildən çox müddət ərzində həyatlarını düşünməyən məməlilər kimi keçiriblər. Hamı bilir ki, özünü qorunmaq müalicə olunmaqdan daha əhəmiyyətlidir, ancaq heç kəs buna əməl etmir və dəyərləndirmir.
Sosial həyatda demək olar ki, hər şey nadir, ancaq əhəmiyyətli şoklar və sıçrayışlar vasitəsilə istehsal edilir. Qeyd edək ki, sosial həyatla bağlı demək olar ki, bütün tədqiqatlar normal olana fokuslanaraq, xüsusilə də sizə heç bir lazımi məlumatı verməyən Qauss paylanması metodları ilə həyata keçirilir. Niyə? Çünki Qauss paylanması böyük kənaraçıxmaları nəzərə almır, onları təhlil etmir, ancaq yenə də sizdə qeyri-müəyyənliyi həll etməyinizlə bağlı bir hiss yaradır. Bu kitabdakı tənqid təkcə Qauss paylanmasına və özünü aldadan statistiklərə və ya lazımsız nəzəriyyələrlə vaxt öldürən akademiklərə yönəlməyib. Kitabın məzmunu mənalı hesab etdiyimiz məsələlərə fokuslanma instinkti ilə bağlıdır. Hazırda yaşadığımız dünya böyük bir xəyal dünyasına sahib olmağı tələb edir. Ancaq biz xəyal qurmaq qabiliyyətindən məhrumuq və digər insanlarda da onu məhv etməyə çalışırıq. Bu vəziyyət standartdan kənar olan hər hansı bir məsələni istisna kimi yox, başlanğıc nöqtəsi kimi görməli olduğumuzu göstərir.
Müəllif qeyd edir ki, inkişaf etməyimizə və biliyimizin artmasına baxmayaraq, hətta bəlkə də məhz bu cür bir inkişaf səbəbilə gələcəyi proqnozlaşdırmaq getdikcə daha da çətinləşir.
Çalışın Qara Qu quşların varlığına alışın və onlarla dost olun.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
7 d. əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
-
57 d. əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
1 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür




















.jpg)
