Dolların ucuzlaşmaqda davam edə biləcəyi proqnozları güclənir
Beynəlxalq valyuta birjalarında ABŞ-dan mənfi göstəricilərin yayımlanması, dolların ucuzlaşmaqda davam edə biləcəyi proqnozlarını artırır.
ABŞ-dan mənfi göstəricilər və dolların ucuzlaşması
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bazar ertəsi ABŞ-ın sənaye sektoruna dair açıqlanan mənfi statistik göstəricilərdən sonra daha da ucuzlaşıb. Dolların əlavə olaraq 0.3% ucuzlaşaraq, may ayının minimumunu qıracağı proqnozlaşdırılır.
Brent nefti 58$-a kimi dəyər itirə bilər
Amerika kimi inkişaf etmiş ölkələrdə iqtisadi dinamikanın zəifləməsi, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir etməkdədir və qiymətlərin ucuzlaşması müşahidə edilir. Təhlillərə əsasən, 61$-a ticarət edilən Avropanın Brent neftinin bir barel qiyməti, 58$-a kimi də dəyər itirə bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qızıla olan tələb artır və 1366$-a kimi bahalaşa bilər
FED-in iki faiz artımına gedə biləcəyi ehtimalları, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına da təsir etməkdədir. Qızılın bir unsiya üzrə qiyməti bazar ertəsi 1328$-a kimi dəyər qazanıb və 1329$-ı yuxarı istiqamətdə qırarsa, 1340 və 1366$-a kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 8 d. əvvəl
-
-
19 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
25 d. əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
1 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
2 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
2 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Ən çox oxunanlar
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib


























