Gürcüstanın bank sektorunun lideri Azərbaycan bankında pay əldə edib
2019-cu ilin Yanvar ayında Gürcüstanın bank sektorunun lideri "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb.
“Marja”nın məlumatına görə, bu barədə "TBC Bank"ın 2018-ci il üzrə illik hesbatında bildirilir.
Qeyd edilib ki, Saziş "TBC Bank"ın Azərbaycanda biznesinin inkişafına yönəlib və Bankın Azərbaycanda törəmə müəssisəsi olan “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsini nəzərdə tutur.
Məlumata görə, birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olur. Həmçinin sazişə görə, qarşıdakı 4 il ərzində "TBC Bank"ın öz iştirak payını 50%+1 səviyyəsinə qaldıra bilər.
4 illik kapital qoyuluşu planına görə, "TBC Bank" hər il “Nikoyl Bank”a 3-5 milyon ABŞ dolları arasında sərmayə qoyacaq.
"TBC Bank" "Nikoyl Bank"ın idarə heyətində təmsil olunacaq və birləşmə nəticəsində yaranacaq yeni Bankın strategiyasının inkişafında və icrasında həlledici rol oynayacaq. "TBC Bank" Gürcüstanda qazandığı təcrübdən “Nikoyl Bank”ın idarə edilməsində istifadə etmək niyyətindədir. "Nikoil Bank"ın tamamilə rəqəmsal banka çevrilməsi hədəflənir. "TBC Bank", pərakəndə və KOS bazarlarında "Nikoyl Bank"ın böyüməsini dəstəkləyəcək.
Xatırladaq ki, 2018-ci ilin İyul ayında “Nikoyl Bank” “TBC Bank Group PLC”nin törəmə şirkəti olan “TBC Bank” ilə strateji tərəfdaşlıq barədə öhdəliksiz sazişi imzaladığını açıqlamışdı. Açıqlamada qeyd edilmişdi ki, “TBC Bank”ın Azərbaycanda törəməsi “TBC Kredit” bank olmayan kredit təşkilatı “Nikoyl Bank” ilə birləşəcək. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq. Eyni zamanda “TBC Bank”, 50% + 1 səhm payına sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq.
ADI DƏYİŞİR?
Qeyd edək ki, artıq "Nikoyl Bank" "TBC Bank"ın korporativ üslubunu mənimsəyib. Bank "TBC Bank"ın rənglərindən (göy və sarı) istifadə etməyə başlayıb, artıq bu, "Nikoyl Bank"ın saytından da aydın hiss olunur.
Yayılan məlumata görə, “Nikoil Bank” ASC adını “Yellow Bank”a dəyişir. “Nikoil Bank”dan "Marja"ya bildirildi ki, “Nikoil Bank” adının “Yellow Bank”a dəyişdirilməsi barədə məlumat səhvdir: "Hazırda Bankın adının dəyişdirilməsi nəzərdə tutulmur".
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
31 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 54 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























