Bank olmayan kredit təşkilatı xalis mənfəətinin 2 dəfəyə yaxın azaldığını açıqladı
“TBC Kredit” Bank olmayan kredit təşkilatı 2018-ci ili 1 milyon 883 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Belə ki, “TBC Kredit” 2017-ci ili 3 milyon 510 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” təşkilatın illik hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 2017-ci ildə 4 milyon 214 min manat ikən, 2018-ci ildə 3 milyon 753 min manata düşüb (11% azalma).
Faiz xərclərinin azalmasının təsiri ilə, “TBC Kredit”in ötən il əməliyyat mənfəəti 2017-ci il səviyyəsində olub: 1 milyon 992 min manat.
Ötən il kreditlərin bərpa olunması nəticəsində ehtiyatın 3 milyon 415 min manatı mənfəətə əlavə edilib. 2017-ci ildə bu məbləğ 4 milyon 617 min manat idi. Ötən il daha az ehtiyat mənfəətə əlavə edildiyindən xalis mənfəət də düşüb.
31 Dekabr 2018-ci il tarixində “TBC Kredit” 23 milyyon 547 min manat cəmi aktivlərə, 15 milyon 689 min manat cəmi öhdəliklərə və 7 milyon 858 min manat cəmi kapitala malik olub. “TBC Kredit”in nizamnamnə kapitalı isə 8 milyon 453 min manat təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə “TBC Kredit”in kredit portfeli 20% azalaraq 17 milyon 87 min manata düşüb.
Qeyd edək ki, 2019-cu ildə “TBC Kredit” “Nikoyl Bank” ilə birləşib. 8 filialı olmuş “TBC Kredit” 100% Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”a məxsus idi. “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsi nəticəsində “TBC Bank” “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olub.
2018-ci ilin sonunda "TBC Kredit"in "Nikoyl Bank"a 5 milyon 794 min manat, "PAŞA Bank"a 2 milyon 674 min manat kredit borcu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























