Bank yenilənmiş internet səhifəsinə görə peşəkar mükafata layiq görüldü
(®) Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-yə bu dəfə “AtaBank” ASC layiq görülüb.
Mükafat 19.06.2019-cu il tarixində Park İnn by Radisson Baku otelində bütün namizəd nümayəndələrinin dəvət olunduğu rəsmi mükafatlandırma mərasiminə banka təqdim edilib.
İqtisadiyyat və biznes nominasiyasında iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal internet mənbələri sırasında AtaBank yenilənmiş internet səhifəsi ilə bu müsabiqəyə qatılmışdı.
Məlumat üçün bildirək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
İlkin səsvermə nəticəsində “AtaBank” ASC-nin rəsmi saytı Ekspert Şurasının üzvləri tərəfindən 200 bal və Virtual Münsiflər tərəfindən 37 bal əldə edərək topbirincilikdə yer almışdı. Daha sonra Müsabiqə qaliblərini Akademiya nümayəndələri səs verərək təyin etdilər.
İqtisadiyyat və Biznes nominasiyası üzrə birinci yeri qazanan AtaBank-a NETTY heykəlciyi təqdim edilib.
Tədbirdə iştirak edən bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirib ki, bankın yeni saytı üzərində komanda şəklində çalışıblar və ərsəyə getirdikləri bu işə görə əməyi keçmiş hər kəsə təşəkkürünü bildirdi. atabank.com müştəriyönümlü olması ilə yanaşı, innovativ marketinq aləti kimi seçilir və NETTY mükafatı buna ən mükəmməl sübut oldu.
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
NETTY 2019 mükafatına layiq görülmüş bank saytı ilə buraya keçib tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
32 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 55 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı



























