Türk Lirəsi İmamoğlu ilə bahalaşdı - YENİLƏNİB
Dollar Türk Lirəsi qarşısında, İstanbulda təkrar bələdiyyə sədri seçkisini CHP-li və Millət İttifaqının namizədi Ekrem İmamoğlunun əhəmiyyətli bir səs fərqi ilə qazanmasından sonra ucuzlaşıb.
İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini CHP-li namizəd Əkrəm İmamoğlunun (Ekrem İmamoğlu) qazanması Türk Lirəsinin dəyər qazanmasına səbəb olub.
"Marja" xəbər verir ki, gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi, saat 09:25-ə olan məlumata görə,1,5% geriləmə ilə 5.7294 səviyyəsinə düşüb.
Məzənnə ötən cümə günü 5.82 səviyyələrindən bağlanmışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Türkiyə bazarları açılanda məzənnə daha dəqiq məlum olacaq.
Ekspertlər seçkinin məzənnə üzərindəki təsirindən başqa bu həftə Türkiyə və ABŞ əlaqələrinin izlənəcəyini bildirirlər.
Hakim partiyanın seçki nəticəsini qəbul etməsi, əvvəlki seçkidən bu yana davam edən qeyri-müəyyənliyin sona çatması bazar tərəfindən məmnunluqla qəbul edilib.
İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin (AKP) namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb.
CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























