“Ata Holding” zərər açıqladı
“Ata Holding” MMC 2018-ci ili 8 milyon 725 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, holdinq 2017-ci ili “AtaBank” və "Bank VTB Azərbaycan"dakı payların satışı ilə əlaqədar olaraq 123 milyon 597 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” holdinqin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 23 milyon 847 min manat təşkil etmiş gəlirlər 2018-ci ildə 31 milyon 178 min manata yüksəlib. Satışın maya dəyəri xaric ümumi mənfəət isə 19 milyon 272 min manatdan 26 milyon 557 min manata yüksəlib. Buna baxmayaraq əməliyyat xərcləri holdinqin ümumi mənfəətindən çox olub. Belə ki, 38 milyon 218 min manat əməliyyat xərclərinə görə, “Ata Holding”in 11 milyon 661 min manat əməliyyat zərəri yaranıb. 3 milyon 7 min manat maliyyə gəlirləri hesabına zərər azalaraq 8 milyon 725 min manata düşüb.
31 Dekabr 2018-ci il tarixində “Ata Holding” MMC 96 milyon 726 min manat cəmi aktivlərə malik olub. Holdinq 2017-ci ilin sonunda 99 milyon 921 min manat cəmi aktivlərə malik olub.

Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
29 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 52 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
12 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























