“Amrahbank” faiz gəlirlərini 5 dəfədən çox artırıb
“Amrahbank” ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil etmişdir. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.
2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil etmişdir.
"Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artmışdır", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 13 d. əvvəl
-
27 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
30 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 53 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı






























