“Expressbank”ın Müşahidə Şurasına yeni sədr təyin edilib
“Expressbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
“Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının 15 iyun 2019 – cu il tarixində növbədənkənar Ümumi Yığıncağı keçirilib.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Ümumi Yiğıncaq “Expressbank” ASC-nin bir sıra cari məsələlərini müzakirə edərək bankın kənar audit hesabatını təsdiq etmişdir.
Eyni zamanda “Expressbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağında Müşahidə Şurasının sədri Emin Məmmədovun istefası qəbul edilərək 02 iyul 2019-cu il tarixindən etibarən Əhəd Əbülfəz oğlu Əliyevin bankın Müşahidə Şurası sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunmuşdur. 1965-ci il təvəllüdlü Ə.Əliyev elmlər namizədidir. 2012-ci ildən “Azenco Group” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Ümumi Yığıncağın digər bir qərarı ilə Roksana Əfəndiyeva əvəzinə Vaqif Davudov “Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü seçilmişdir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
3 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 30 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ




























