Azərbaycanda fəaliyyət göstərən xarici Bank zərər açıqladı
Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin 1-ci yarısını 252 min manat zərər ilə başa vurub.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, filial 2019-cu ilin yanvar-iyun dövründə 197 min manat faiz gəliri əldə edib, qeyri-faiz xidmətləri üzrə isə 11 min manat zərər edib.
186 min manat cəmi gəlirə qarşı bankın cəmi xərcləri 428 minmanat təşkil edib. Eyni zamanda ehtiyatdan 11 min manat azad olub. Nətcədə filial ilk 6 ayı 252 min manat zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, Pakistan Milli Bankının Bakı filialı ötən ilin 1-ci yarısını 31 min manat mənfəətlə başa vurmuşdu. 2018-in ilk 6 ay ərzində Pakistan bankının faiz gəlirləri 435 min manat, qeyri-faiz gəlirləri 1 min manat təşkil etmişdi.
30 İyun 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı Filialı 10 milyon 294 min manat cəmi aktivlərə, 402 min manat cəmi öhdəliklərə və 9 milyon 887 min manat cəmi kapitala malik olub.
Bu il yanvarın 1-nə Bakı filialının aktivləri 11 milyon 543 min manat idi.
Pakistan Milli Bankının Bakı filialının kredit portfeli cəmi 1 milyon 87 min manatdır.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 23 d. əvvəl
-
53 d. əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Azərbaycan nefti bahalaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
























