“Azərsu”: Su və kanalizasiya xidmətini maya dəyərindən 1,8 dəfə ucuz satırıq
Tarif Şurası tərəfindən müəyyən olunan tariflər su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağıdır
2018-ci ildə 1 m3 (kubmetr) su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1,75 dəfə üstələmişdir
“Marja” xəbər verir ki, bu barədə “Azərsu” ASC 2018-ci il hesabatında bildirilir.
Hesabatda deyilir:
“Azərsu” və onun törəmə müəssisələri (Qrup) 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə 480 milyon 201 min manat (2017-ci ildə 508 milyon 350 min manat) məbləğində xalis zərər çəkmişdir. Qrup su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir. Qrup Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır.
Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur. Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 fevral 2019-cu il tarixli 03/02-05-98-102 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 19 fevral 2019-cu il tarixli İN-X/O-2234/2019 nömrəli məktublarına əsasən 2018-ci il üzrə Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələmişdir.
Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır. Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır".
Xatırladaq ki, 2017-ci ildə "Azərsu"da1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdu. Həmi il 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
29 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
32 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
40 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
2 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası





























