Prezident nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib
23:40 - “Məndə olan məlumata görə bizdə nağdsız ödənişlər aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə ciddi addımlar atılmalıdır”.
“Marja” xəbər verir ki, bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti deyib:
“POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması kölgə iqtisadiyyatını qidalandırır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".
Mərkəzi Bankın məlumatına görə, 30.06.2019-cu il tarixinə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2571 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1373-ü Bakı şəhərində, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63396 ədəd olmuşdur ki, bunun da 25747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin I yarımili ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5305 ədəd) artmışdır.
I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 milyard 532 milyon manat təşkil etmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olmuşdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% (1 milyard 906 milyon manat) təşkil etmişdir ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.
XXX 20:39
Xəbər verdiyimiz kimi, İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
"Marja" xəbər verir ki, Prezident müşavirədə nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib.
Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışıb, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 saat sonra
-
- 38 d. əvvəl
-
43 d. əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 51 d. əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
18 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Rəsmi məzənnələr açıqlandı
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – “FINCA Azerbaijan”da nə baş verir?
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI





















