Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!
(®) İnternet və sosial şəbəkədən çox istifadə edənlər üçün ən sərfəli tarif sayılan “CavanNar”-a qoşulanların sayı artmaqdadır. Belə ki, son 1 ayda ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı 17% artıb. Qeyd edək ki, “CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə verir. “CavanNar 6” isə 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. Tariflərə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.
Hər zaman müştərilərinin tələblərini nəzərə alan “Nar”, “CavanNar” tarifi üçün təkliflərini daha da artırıb. Belə ki, artıq “CavanNar” abunəçilərinə əlavə internet paketləri sifariş etmək imkanı verir. Istifadəçilər tələblərinə uyğun olaraq 500 MB və ya 1GB əldə edə bilərlər.
Əlavə internet paketlərini aktivləşdirmək üçün müvafiq olaraq *777#2#YES (500MB) və *777#4#YES (1GB) kodlarını yığmaq lazımdır. Eyni əməliyyatı daha asan və qısa zamanda həyata keçirmək üçün yeni istifadəyə verilmiş “Nar+” mobil tətbiqindən də yararlanmaq mümkündür. Qeyd edək ki, əlavə internet paketlərindən aylıq abunə haqqını ödədikdən sonra istifadə etmək olar.
“CavanNar” paketləri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 10 d. əvvəl
-
-
20 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
31 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
45 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
50 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti




























