"Gecə reysləri üçün ən vacib tələblərindən biri iki sürücünün olmasıdır"
Gecə saatlarında avtobus reyslərinin bərpası sərnişinlərin rahatlığını təmin edəcək, onların daha tez və qısa zamanda mənzil başına çatmasına imkan yaradacaq.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Əliyev bildirib.
Onun sözlərinə görə, bu reyslərin bərpası sərnişinlərə vaxtdan daha səmərəli istifadə etməyə və mənzil başına günün daha rahat vaxtlarında yetişməyə şərait yaradacaq.
Digər tərəfdən, gecə reysləri yollarda hərəkətin sıx olmayan vaxtlarında yerinə yetiriləcək ki, bu da sərnişinləri daha rahat şəkildə, sürücülərin isə bir-birini əvəz edərək lazım olan istiqamətlərə çatdırılması baxımından vacibdir.
İ. Əliyevin sözlərinə görə, gecə reyslərinin reallaşdırılmasında ən vacib tələblərdən biri də sürücülərin iki nəfər olmasıdır.
"Sürücülər təlimlərdən keçiblər və hər gün texniki-tibbi müayinədən keçəcəklər. Eyni zamanda taxoraf cihazı və kartları vasitəsi ilə onların iş və istirahət rejiminə nəzarət edəcəyik".
Qeyd edək ki, Nazirlər Kabineti DANX-ın gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
Razılıq son 10 il ərzində yol infrastrukturunda ciddi təmir-bərpa işlərinin həyata keçirilməsi, magistral avtomobil yollarında əsaslı, cari təmir işlərinin yüksək templə aparılması, həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin müasir səviyyədə qurulması, ölkəmizin iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə əlaqədar regionlardan paytaxta gələn sərnişinlərin vaxt məhdudiyyəti, avtonəqliyyat parkının 10 il əvvəlki vəziyyətlə müqayisədə (şəhərlərarası daşımalar) müasir, komfortlu avtobuslarla yenilənməsi əsas götürülərək, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq verilib.
Qeyd edək ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.
O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi.
Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
Alınan qərara əsasən, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın MAN şirkətinə məxsus “Neoplan” avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
9 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
10 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 11 saat əvvəl
-
11 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib


























