Regionalardan toplanır, Sumqayıta daşınır
Regional məntəqələrdə toplanan yunun Sumqayıtdakı fabrikə təhvil verilməsinə başlanılıb
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti respublikamızın bölgələrində yun tədarükünü davam etdirir.
Cəmiyyətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tədarükçülər ölkəmizin bütün bölgələrindən aldıqları yunu Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında fəaliyyətə başlayan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə təhvil verirlər. Bu məntəqələrdə il ərzində 1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir.
Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra onların üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapır.
Məntəqələrdə toplanan yun Sumqayıtdakı Yunəyrici-Boyaq Fabrikinə gətiriləcək. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350 ton təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq.
Sentyabrın 25-də Yunəyrici-Boyaq Fabrikinə yunun təhvil verilməsi prosesinə başlanılıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikə yun qəbulu prosesi ilə maraqlanıb.
Bildirilib ki, ilk olaraq Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində toplanan yun fabrikə təhvil verilir.
Fabrikdə görülən işlərlə də tanış olan İdarə Heyətinin sədrinə məlumat verilib ki, artıq burada əsas tikinti işləri başa çatdırılıb. Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Bu günlərdə avadanlıqların quraşdırılmasına başlanılacaqdır.
İdarə Heyətinin sədri məntəqələrə və fabrikə yun qəbulu zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, fabrikdə avadanlıqların quraşdırılması işinin sürətləndirilməsi barədə tapşırıqlar verib.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
5 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
6 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























