Türkiyə Mərkəzi Bankından sürpriz -FAİZ QƏRARI
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı.
"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankı faizi 250 bənd endirərək 16,50%-dən 14%-ə endirilib. Faizin 100 bənd azaldılacağı gözlənirdi.
Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini İyul ayı yığıncağında 425 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 325 bənd endirərək 19.75%-dən 16.50%-ə endirmişdi.
Mərkəzi Bankın açıqlamasında qeyd edilib ki, Türk lirəsinin məzənnəsi sabitləşib, inflyasiya düşməkdə davam edir.
"Proqnozlar ilin sonunda inflyasiyanın İyul İnflyasiya Hesabatında verilən proqnozlardan aşağı olacağına işarə edir. Bu çərçivədə inflyasiya, inflyasiyaya təsir edən bütün faktorları nəzərə alaraq, pul siyasəti faizinin 250 bənd endirilməsinə qərar verib",- Açıqlamda deyilir.
Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra Dollar/TL məzənnəsi kəskin dəyişməyib. Bakı vaxtı ilə saat 17:10-da məzənnə 5.75 səviyyələrində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























