“Bizim Babək prospektində heç bir işimiz qalmayıb”
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Sədr yayılmış informasiyanın tamamilə səhv olduğunu və texniki xəta səbəbindən baş verdiyini bildirib:
“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə saytda (etender.gov.az saytını nəzərdə tutur - Red) yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Yanlış məlumatdır. Saytda tarix səhv qeyd olunub”.
Xəbər verdiyimiz kimi, Elektron satınalmalar portalındakı məlumata görə, 30 Oktyabr 2019-cu il tarixində "Azərsu" ASC "Protean Construction" MMC ilə müqavilə bağlaylb. 1 milyon 480,5 min manat dəyərində müqavilə “Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi”ni nəzərdə tutur.
Müqavilənin bağlanması barədə məlumat yenidən Babək prospektinin qazılacağı və nəqliyyat vasitələrinin hərəkətinə məhdudlaşdırılacağı barədə versiyanın ortaya çıxmasına səbəb olmuşdu.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























