“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bank sədrinin Avropada innovativ investisiyaların ABŞ-dan geri qaldığını açıqlaması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Beləliklə, məzənnə ucuzlaşaraq, noyabrın minimumunu qırmaq üzrədir. Bu baş verərsə, ucuzlaşma son iki ilin minimumlarına kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozona üzrə dərc ediləcək inflyasiyaya dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsində də ucuzlaşma müşahidə edilir və 1.28$ da aşağı istiqamətdə qırılarsa, 1.27$-a kimi ucuzlaşmanın şahidi ola bilərik.
İngiltərədə hakim partiyanın dekabrda keçiriləcək növbədən kənar parlament seçkisi fonunda bazar günü açıqladığı seçki kampaniyasının da maliyyə bazarlarına təsiri diqqət mərkəzində saxlanılmalıdır.
TRY
Dünya valyuta birjalarında dolların bahalaşması, özünü USD/TRY məzənnəsində də göstərsə də məzənnə 5.72TL-də müqavimətlə rastlaşır. Təhlillərə əsasən, məzənnə 5.72TL-nin altında qalarsa, 5.67TL-yə kimi ucuzlaşa bilər.
OIL
Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti 64$-a kimi dəyər qazandıqdan sonra korreksiya edib. Yenidən 63$-da dəstək görən qiymət, bu səviyyənin üzərində qaldıqca, 65$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında dolların bahalaşması fonunda qızıla tələb azalıb. Lakin qiymət 1456$-ın (46.8 $/qram) üzərində qaldıqca, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















