227 şirkət və şəxslərə aid binaların istismarına icazə aktı qeydiyyat orqanına daxil olub
İstismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər davam edir. Bununla bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, ilkin sənədlər toplanır. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində reallaşdırılır.
Əmlak Məsələri üzrə Dövlət Komitəsindən "Marja"ya daxil olmuş məlumata görə, ümumilikdə Bakı şəhəri, digər şəhər və rayonlar üzrə 542 MTK, MMC və fiziki şəxslərə aid 900-dən çox binanın döngə nöqtələrinin koordinantları təyin edilib, kağız və elektron variantı aidiyyəti quruma göndərilib. Bakı şəhərində 218 MTK, MMC və fiziki şəxslərə aid binaların istismarına icazə aktı müvafiq qeydiyyat orqanına daxil olub. Bu rəqəm Gəncə şəhəri üzrə 3, Sumqayıt şəhərində 1, Abşeron rayonunda 4, Zərdab rayonu üzrə isə 1-dir.
Artıq Bakı şəhəri, digər şəhər və rayonlar üzrə 10 minə yaxın sənəd vətəndaşlardan qəbul edilib, bunlardan 9500-ü icra olunub, 500-ə yaxın sənəd isə hal hazırda icra prosesindədir. Müraciətlər daxil olduqda dərhal icraya yönəldilir.
Məlumatda qeyd edilib ki, Fərmanın icrası olaraq Bakı və Abşeron üzrə 7 MTK məxsus torpaqların təyinatının dəyişdirilməsi məqsədilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb və Sərəncam layihələri müvafiq qaydada təqdim edilib.
"Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.
İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətlərini Məkanına müraciət edə bilərlər. Bundan başqa prosesin daha intensiv aparılması üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar keçirilir. Hər həftə Bakının müxtəlif rayonlarında olan belə binaların həyətlərində, vətəndaşların ünvanlarında səyyar qeydiyyat xidməti göstərilir. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim edirlər.
Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbirləri də keçirilir. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilir ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.
Məlumat üçün bildirilməlidir ki, adıçəkilən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
40 d. əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 47 d. əvvəl
-
-
11 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
11 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 11 saat əvvəl
-
11 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
11 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
11 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
14 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
14 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
14 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı























