“Qardaşlar mebel” kitabxanalar üçün unikal həll yolu təklif edib - FOTO
(©) Mebel sektorunda özəl konseptləri ilə fərqlənən “Qardaşlar mebel” şirkəti ölkədaxili bazar araşdırması proqramı çərçivəsində yeni konseptini təqdim edib. Şirkət bu dəfə ölkədə fəaliyyət göstərən kitabxanalardakı kitabların kənar təsirlərdən qorunması üçün unikal həll yolu təklif edib.
Şirkətin rəhbəri Əli Mirzəyevin sözlərinə görə kitabxanalarda kitabların kənar təsirlərdən qorunması onlar üçün hər zaman prioritet məsələlərdən olub:
“Biz bu istiqamət üzrə işlərə kitabxanalardakı cari vəziyyəti analiz etməklə başladıq. Daha sonra əldə etdiyimiz məlumatlar əsasında kitabları uzunmüddət kənar təsirlərdən qorunmasına xidmət edəcək belə bir unikal həll yolu tapdıq. Təklif etdiyimiz konsept məkanın genişliyindən asılı olaraq istənilən ölçüdə hazırlana bilər. Konstruksiya döşəmədə quraşdırılacaq xətlər üzrə rahat hərəkət edə bilir. Bundan əlavə konstruksiyanın üzərində olan lövhələr kitabları kateqoriyalara görə bölməyə imkan yaradır. Konstruksiyanın montajı və demontajı qısa vaxt ərzində həyata keçirilir. Məkanın təmiri zamanı kitabları qorumaq üçün konstruksiyanın üzərində yerləşən sükanı müvafiq istiqamətə hərəkət etdirməklə rəfləri bir xətt üzrə yığmaq mümkündür. Biz inanırıq ki, təklif etdiyimiz unikal həll yolu mədəni irsimizin qorunmasına xidmət edəcək.”
Qeyd edək ki, “Təki Siz istəyin” şüarı altında fəaliyyət göstərən "Qardaşlar Mebel" şirkəti 15-dən çox istiqamət üzrə mebel istehsalı ilə məşğuldur. Şirkət həmçinin ölkədə bir çox böyük və kiçik layihələrin iştirakçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























