Hesab.az -da Masterpass-la ödəniş qazandıracaq!
(®) Hesab.az platforması artıq 8 ildən çoxdur ki, istifadəçilərin rahat və təhlükəsiz ödənişlər etməyi üçün daim yeniliklər və təkmilləşdirmə işləri edir.
İstifadəçilərinə yeni imkanlar yaradan Hesab.az platforması Masterpass layihəsi çərçivəsində yeni kampaniyasına start verdi.
26.11.2019 tarixindən etibarən Hesab.az veb səhifəsində “Masterpass” kampaniyası keçiriləcək. Beləki, kampaniyada iştirak edərək, Hesab.az veb səhifəsində kommunal, internet, mobil, stasionar telefon, kabel TV, Naxçıvan ödənişlərini MasterCard və Maestro kartları ilə Masterpass vasitəsilə edilən minimum 20 AZN məbləğində ödənişlərini yerinə yetirən istifadəçilər dərhal 3 AZN endirim əldə edəcək.
Qeyd edilən kampaniya Hesab.az veb səhifəsindən (www.hesab.az , m.hesab.az) edilən ödənişlərə aid edilir ki, burada hər qeydiyyatlı istifadəçi kampaniyadan yalnız bir dəfə iştirak edərək, kampaniyadan yararlana bilər. Həmçinin hər bir kart və mobil nömrə ilə kampaniyada yalnız 1 dəfə iştirak etmək mümkündür.
Hesab.az-da keçirilən “Masterpass” kampaniyası çərçivəsində ilk 3000 nəfər endirim əldə edə biləcək.
Əlavə etmək istərdik ki, kampaniyadan Masterpass-a artıq qoşulmuş və yeni qoşulan istifadəçilər yararlana bilər.
Ətraflı məlumat: https://hesab.az/#/masterpass
Qeyd edək ki, bu yaxınlarda Hesab.az daha bir yeniliyi istifadəçilərinə təqdim etdi. “Mastercard” və “Goldenpay” şirkətinin birgə əməkdaşlığı sayəsində artıq Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkündür. Bildirmək istərdik ki, yaxın günlərdə Hesab.az mobil tətbiqində Hesab.az istifadəçiləri “Masterpass”-la kartı yaddaşda saxlaya və ya “Masterpass”-da saxlanılmış kartla ödəniş edə biləcəklər.
Belə ki, əgər “Masterpass”da öncədən saxlanılan kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kartlar təklif olunacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə ”Masterpass”da kartınızı saxlayın” bildirişi görünəcək və kart məlumatlarınızı daxil edərək “Masterpass”da kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)








