Bütün Lada modellərinin qiymətləri qaldırılacaq
"AvtoVAZ" şirkəti bütün model cərgəsinin qiymətlərini orta hesabla 2,3% qaldıracaq.
Məlumata görə, ən çox qiymət artımı (3,8%) "Vesta" sedanına şamil olunacaq. Satış üzrə lider "Qranta" ailəsinə məxsus sedanların qiyməti 2,5% artırılacaq. "Lada" 4x4 avtomobilllərin qiymətləri 2,9%, cərgənin ən bahalı modeli "Lada Vesta Sport"un qiyməti isə 1,5% qaldırılacaq. Ən az artım isə xetçbek "Lada Xray"də - 0,8% olacaq.
Digər avtomobil istehsalçıları qiymət artımını elan etdiklərinə görə, "AvtoVAZ"ın qiymət artımının Rusiya bazarındakı payına təsir etməyəcəyi gözlənilir.
"AvtoVAZ", 2018-ci ildə montaj konveyerindən 560 mindən çox avtomobil buraxaraq Rusiyanın ən böyük minik avtomobili istehsalçısı olaraq qalmaqdadır.
"AvtoVaz" qrupu "Renault-Nissan-Mitsubishi" alyansına daxildir.
© "Trend"
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
12 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
12 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 13 saat əvvəl
-
13 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib






















