2019-da dünyanın ən çox qazanan yazıçısı məlum oldu
"Forbes" iqtisadiyyat jurnalı ilin ən çox qazanan yazıçıların siyahısını açıqlayıb.
"Marja" xəbər verir ki, siyahıda 92 milyon dollarlıq qazancı ilə "Harry Potter" kitablarını yazan Joanne Kathleen Rowling birinci yeri tutub.
James Patterson isə 70 milyon dollarlıq qazancı ilə ikinci yeri tutub. 2 ay ərzində James Pattersonun 5.5 milyon ədəd kitabı satılıb. Pattisonun Bill Clinton ilə birlikdə qələmə aldığı "The President his Missing" (İtkin Prezident) 2018-ci ilin ən çox satılan roman olmuşdu. Patterson, hələ ötən il 800 milyon dollar olduğu təxmin edilən cəmi sərvəti ilə Amerikanın ən zəngin yazıçısı mövqeyindədir.
ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın həyat yoldaşı Michelle Obama 36 milyon dollar olduğu təxmin edilən qazancı ilə siyahıda 3-cü yeri tutub. Barak və Michelle Obama 2017-ci ildə prezidentlik xatirələrinin yer aldığı iki kitabdan 65 milyon dollar gəlir əldə etmişdilər. Michelle Obamanın bioqrafiyası "Becoming" (Mənim Hekayəm) 10 milyondan çox satılaraq 2018-də ən çox satılan kitab olmuşdu.
Uşaq kitabları yazıçısı Jeff Kinney 12 ay ərzində 3.6 milyon ədəlik satışdan əldə etdiyi 20 milyon dollarlıq gəlirlə ən çox qazanan yazarlar siyahısında dördüncü yeri tutub.
Stephen King siyahıda 17 milyon dollarlıq gəlirinin 10 milyon dollara geriləməsilə üçüncü yerdən beşinci yerə düşüb. Kingin son kitabı "Doctor Sleep" çox bəyənilməyib.
Joanne Kathleen Rowling
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























