Yükdaşıma şirkətlərinə qarşı yeni tələblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel tarixli 52 nömrəli, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarlarında dəyişiklik edilib (https://cabmin.gov.az/az/document/4171/).
“Marja” xəbər verir ki, Nazirlər Kabineti dəyişiklikləri izah edib. qərarı beynəlxalq yükdaşımaları haqda Azərbaycan qanunvericiliyini beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədi daşıyır.
Dəyişikliklərə əsasən:
1) Beynəlxalq sərnişin və yükdaşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsini yüksəltmək üçün hazırlıq və yenidən hazırlıq kursları keçməlidir. Hazırlıq kurslarının proqramını Nazirlər Kabineti təsdiq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) isə hazırlıq kurslarını təşkil edir və kursu bitirmiş sürücülərə müvafiq sənədlər verir. Hazırlıq kurslarında sürücülərə, həmçinin insan alveri təhlükəsi və digər məsələlərlə bağlı situasiyalarda davranış qaydaları haqda bilik və vərdişlər öyrədlilir;
2) Milli operator və sürücülərə sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görmək, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamaq və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etmək səlahiyyətləri verilir;
3) Beynəlxalq yükdaşımalarını həyata keçirən milli operatorların qarşısında belə bir tələb qoyur ki, onların istifadə etdikləri nəqliyyat vasitələri beynəlxlaq standartala uyğun olmalıdır. Bu standartlar isə yalnız Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan avtomobillərin istifadəsini tələb edir;
4) Yuxarıda sadalanan standratlara cavab verən milli operatorlara beynəlxlaq və tranzit sdaşımalarda iştirak üçün çoxtərəfli icazələr verilir. İcazələr NRYTN tərəfindən verilir və ərazisindən keçilən ölkələr tərəfindən də tanınır;
5) Beynəlxalq yük və sərnişindaşımalarını həyata keçirən milli operator həm fiziki, həm də hüquqi şəxs ola bilər;
6) Dəyişikliklər milli operatorların beynəlxalq miqyasda müəyyənləşdirilmiş həcmdə “maliyyə vəziyyəti”nə, yüksək “işguzar nüfuzu”a və “peşəkar səriştə”yə malik olmasını tələb edir.
“İşgüzar nüfuz” dedikdə, opertorun rəhbərlərinin və məsul şəxslərinin ağır cinayətlərə görə məhkumluğunun olmaması, habelə həmin şəxslərin sürücülərin iş və istirahət rejimi, nəzarət avadanlıqlarının quraşdırılması, nəqliyyat vasitələrinin istismara yararlılığı və təhlükəli yüklərin daşınması sahələrində ciddi qanun pozuntularına yol verməmələri nəzərdə tutulur.
“Maliyyə vəziyyəti” ilə bağlı meyara cavab verdyini təsdiq etmək üçün operator yalnız bir nəqliyyat vasitəsindən istifadə etdikdə ümumilikdə 9000 avro (yaxud milli valyutada ekvivalenti) və istifadə olunan hər əlavə nəqliyyat vasitəsi üçün daha 5000 avro (yaxud milli valyutada ekvivalenti) hesablanmaqla kapitalı olduğunu nümayiş etdirməlidir.
“Peşəkarlıq səriştəsi” operatorun məsul şəxslərinin və sürücülərinin daşıma fəaliyyəti ilə effektiv və münasib şəkildə məşğul olmaları üçün yetərli biliyə malik olmalarından ibarətdir.
Bu dəyişikliklər nəticəsində
- Azərbaycan Respublikasında beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların beynəlxalq daşımalarda iştirakının keyfiyyət göstəriciləri artacaq;
- onların beynəlxlaq Keyfiyyət Xartiyasının tələblərinə dair bilikləri təkmilləşdiriləcək;
- Xarici dölətlərdə milli daşıyıcılara qarşı cərimə sanksiyaların miqdarı azalacaq;
- Sürücülərin istirahət və iş rejiminə riayət etmələri təmin olunacaq;
- İcazələrin alınması beynəlxalq tələblər səviyyəsində təşkil ediləcəkdir.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
12 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
13 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 14 saat əvvəl
-
14 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib

























