Tramp İraqı hədələdi: "Ağır sanksiyalar tətbiq edərik"
ABŞ Prezidenti Donald Tramp, İraq Parlamentinin ABŞ əsgərlərinin ölkədən çıxmasını tələb edən qərarına reaksiya verərək, "(İraq) Ölkədən çıxmamızı istəyərlərsə və bunu dostca etməzlərsə onlara daha əvvəl heç görmədikləri ağır sanksiyalar tətbiq edərik. İran sanksiyaları bunların yanında yüngül qalar" deyib.
ABŞ Prezidenti Donald Tramp, Floridadan dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Marja" xəbər verir ki, ABŞ-ın ən başda İraqa girməsinə qarşı çıxdığını deyən Tramp, İraqa girmənin böyük səhv olduğunu və İraqın 11 Sentyabr hücumları ilə əlaqəli olmadığının isbat edildiyini vurğulayıb.
İraq ilə bərabər bir çox bölgədən çıxmağa çalışdıqlarını qeyd edən Tramp, "Suriyadan çəkildim çünki o sərhədi (Türkiyə-Suriya) qorumayacağam. Niyə o sərhədi mən qoruyum? Əsgərləri var qorusunlar. O sərhəddəki qarşıdurma min ildir davam edir. Oraya indi etibarlı bölgə deyirik, amma əslində etibarlı bölgənin əksi var orada. Orada çox insan öldü. Türkiyədən çox insan öldü" deyib.
ABŞ-ın İraqdan çıxmasına dair sualları cavablandıran Tramp, "Orada nəhəng ölçüdə bahalı bir baza tikmişik. Milyardlarla dollara başa gəlib. Məndən çox əvvəl tikilib. Xərclərimiz üçün geri ödəmə etmədikləri müddətcə İraqdan çıxmayacağıq", - ifadəsini istifadə edib.
İraq rəhbərliyini təhdid edən Tramp, "(İraq) Ölkədən çıxmamızı istəyərlərsə və bunu dostca etməzlərsə onlara daha əvvəl heç görmədikləri ağır sanksiyaları tətbiq edərik. İran sanksiyaları bunların yanında yüngül qalar" deyib.
Dünən Tramp İrana aid bəzi mədəni abidələrin də olduğu 52 hədəfi seçdiklərini açıqlamışdı. Bununla bağlı suala Tramp, "Onların insanımızı öldürmələrinə icazə var, insanımıza işgəncə etmələrinə və şikəst etmələrinə icazə var, yol kənarlarına bomba yerləşdirib insanımızı öldürmələrinə icazə var, bizim onların mədəni sahələrinə toxunmamağımıza icazə yoxdur. Bu belə olmaz" cavabını verib.
Tramp, İran İnqilab Mühafizəçiləri Qvardiyasının "Qüds Gücü" Komandiri Qasım Süleymaninın öldürülməsinə İranın cavab verməsi vəziyyətində ABŞ-ın buna cavabının çox böyük olacağını açıqlayıb.
Tramp, Süleymani haqqında da, "Xüsusilə də son 18 ayda ölkəsini çox təhlükəli bir yola sürümüşdü" şərhini edib.
İraq parlamentində dünən keçirilmiş fövqəladə iclasda, ABŞ-ın və digər xarici güclərin ölkədən çıxarılmasına qərar verilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranlı general Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında öldürüldüyünü açıqlamışdı. Qasım Süleymaninin öldürülməsi üçün təşkil edilmiş hava hücumunda 5 iraqlı daxil 10 nəfər də ölüb.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
6 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
6 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib




























