İrşad Electronics-in hədiyyə karvanı Sahil qəsəbəsinə yollanır
(®) Artıq ənənə halını alan “50 hədiyyə” aksiyasının növbəti ünvanı bəlli olub.
10 yanvar tarixindən etibarən İrşad Electronics yenilənmiş Sahil mağazasını müştərilərinin istifadəsinə təqdim edəcək.
Yeni tərtibat üslubunda fəaliyyətə başlayan mağaza Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi ev 77 ünvanında yerləşir. Rəsmi açılış ilə əlaqədar olaraq Sahil mağazasını ziyarət edəcək müştərilər üçün hədiyyəli aksiya təşkil edilir.
Beləki, 10 yanvar tarixində Sahil mağazasında həm nağd, həm də hissə-hissə ödəmə şərti ilə 200 manat məbləğində alış-veriş edən müştərilər dəyəri 1000 manatadək olan 50 hədiyyədən birini əldə edə biləcəklər.
Hədiyyələr sırasına mobil telefonlar, soyuducu, paltaryuyan, TV, soba, tozsovuran və s. kimi qiymətli avadanlıqlar daxildir. Hədiyyələrin sayı məhdud olduğu üçün qeyd edilən şərtlərə uyğun olan ilk 50 müştəri bu şansdan yararlana biləcək.
Bundan əlavə 10 yanvardan 31 yanvaradək yeni Sahil mağazasının açılışı münasibətilə müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olmaqla 18 ayadək hissə-hissə ödəmə şərti ilə əldə edə bilərlər. Nağd alış zamanı müştərilərə 40%-dək endirimlər təqdim edilir.
İrşad electronics 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. 5 yanvar 2020-ci il tarixində növbəti yeni Qəbələ mağazası artıq müştərilərin istifadəsinə verilmişdir. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və daha əlçatan olmaqdır. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























