Bakı limanında yüzlərlə TIR yığılıb qalıb
Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistana məxsus 500-ə yaxın yük avtomobili ilişib qalıb. Eyni zamanda, Türkmənbaşı limanında da həm türkmən, həm də xarici yük maşınlarının tıxacı meydana gəlib.
Bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.
Sürücülərin sözlərinə görə, onlar dekabrın 19-dan bəri Türkmənistandan gələcək gəmini gözləyirlər. Bərə vaxtında gəlmədiyi üçün Türkiyə və Gürcüstandan yük daşıyan avtomobillər də limana toplaşıb.
Mənbənin yazdığına görə, gecikmələrə səbəb bərələrdən birinin təmirə dayanması olub. Digər bir gəmi isə Həştərxana yola düşdüyündən Ələt limanına gələ bilmir. Adətən, bərə Türkmənistandan Bakı limanına üç gündən bir gəlir, maksimal gözləmə müddəti isə 4-5 gün çəkir. Yanvarın 7-də bərə gəlsə də, ora cəmi 51 yük maşını yerləşdiyindən əksər avtomobillər limanda qalıb. Sürücülər deyirlər ki, yük maşınları arasında 20 gündür ki, növbə gözləyənlər var: "Burada hər bir sürücüdən liman dayanacağında uzun müddət dayanmasına görə 200 dollar cərimə tələb olunur. Əks halda Azərbaycan nümayəndələri yük maşınlarını bərəyə buraxmayacaqlarını bildiriblər" - deyə sürücülərdən biri şikayətlənib.
Sürücülər bildirirlər ki, Türkmənistan hakimiyyətinin onlara kömək edəcəyinə ümid bəsləyiblər. Ancaq 7 və 8 yanvar tarixlərində Türkmənistanın Azərbaycandakı səfirliyinin bir neçə nümayəndəsi Bakı limanına gələrək sürücülərə deyiblər ki, cəriməni ödəməsələr, bərə Türkmənistana yarıboş qayıdacaq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından problemin olduğunu təsdiq ediblər, Lakin bildiriblər ki, burada Azərbaycan tərəfinin heç bir günahı və rolu yoxdur. Habelə limanda gözləyən maşınların sayı göstərildiyi qədər deyil, xeyli azdır. Problem isə Türkmənistana məxsus “Bəxtiyar” gəmi-bərəsinin xarab olmasından və təmirə dayanmasından qaynaqlanır.
“Azərbaycan tərəfi onlara Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi-bərəyə bilet alıb yola düşməyi təklif edib. Lakin türkmən sürücülər deyirlər ki, onlar öz gəmi-bərələrinə hər iki istiqamətə bilet alıblar və nəticədə Türkmənistan bərəsi ilə getmək istəyirlər, əlavə xərc çəkib Azərbaycan bərəsinə bilet almaq istəmirlər. Lakin belə olan halda Azərbaycan qanunvericiliyinə əsasən onlar limanda 14 gündən artıq dayandıqlarına görə nəzərdə tutulan vergini də ödəməlidir. Əvvəllər də belə situasiya yaranıb, amma Azərbaycan tərəfi türkmənistanlı sürücülərə anlayışla yanaşıb”,-mənbə bildirib.
Virtualaz.org-a mənbə onu da deyib ki, limana bir-iki gün əvvəl daxil olan yük maşınları da var və onların sürücüləri həmin vergini ödəmədən yola düşə bilər. Amma limanda 14 gündən artıq gözləyən sürücülər həmin maşınların sürücülərini onlarla həmrəylik nümayiş etdirməyə sövq edir, yəni sözü bir yerə qoyublar və vergini ödəmədən getmək istəyirlər.
© "Unikal"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























