Şadlıq evləri maliyyə sanksiyasından yayınmağın yolunu tapdılar
2020-ci ildən şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə cəlb olunan ofisiantlar tərəfindən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınmazsa, onların işə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq edilə bilər.
Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2.000 manat, ikinci dəfə yol verildikdə 4.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Tutaq ki, şadlıq sarayı bir toyun keçirilməsinə qəbzi olmayan 10 ofisiantı cəlb edilib. Əgər vergi orqanı bu faktı aşkar edərsə şadlıq sarayının sahibinə 20 min manat maliyyə sanksiyası tətbiq edə bilər.
Beləliklə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.
Belə şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.
“Marja”nın əldə etdiyi məlumata görə, şadlıq evlərinin sahibləri müqaviləsiz və ya qəzb almamış ofsiantları işə cəlb etməyin yolunu müəyyən ediblər. Vergi orqanlarının şadlıq evlərinə sanksiya tətbiq etməsi çətin olacaqdır.
Belə ki, şadlıq evi bir toyun keçirilməsi üçün toy sahibinə (vergidə uçotda olmayan sifarişçiyə) icarəyə verilir. Şadlıq evi ilə toy sahibi arasında icarə müqaviləsi bağlanılır. Şadlıq evini bir günlük icarəyə götürən toy sahibi ofisiantları, aşbazları, musiqiçiləri də özü cəlb edir. “Cəlb edir” dedikdə, əksər hallarda həmin şəxslər şadlıq evi ilə əməkdaşlıq edən ofisiantlar, aşbazlar və musiqiçilər olurlar. Danışığa və icarə müqaviləsinə əsasən, onlar şadlıq evi tərəfindən deyil, toy sahibi tərəfindən işə cəlb edilirlər. Toy sahibi vergi ödəyicisi deyil, vətəndaşın bir toya görə VÖEN alması da düzgün olmaz. Vergi işçiləri yoxlama apararaq qəbz almayan ofisiantların işə cəlb edildiyini müəyyən etdikdə şadlıq evinə sanksiya tətbiq edə bilməyəcək. Bu zaman şadlıq evləri icarə müqaviləsini vergi işçilərinə təqdim edəcək və ofisiantların işə icarədar tərəfindən cəlb edildiyini bildirəcəklər. Toy sahibi isə vergi ödəyicisi olmadığından, yəni uçotda olan sifarişçi olmadığından onu məsuliyyətə cəlb etmək mümkün deyil. Beləliklə, vergi orqanı sadələşdirilmiş vergi üzrə sabit məbləğ və məcburi dövlət sosial sığorta haqq üzrə hədəflərinə nail olmaya bilər.
Qeyd edək ki, xüsusilə rayonlarda, şadlıq evlərinin toy sahibinə icarə verilməsi təcrübəsi çoxdan mövcuddur. Əksər toy sahibi lazım olan qidaları özü alır, aşbazları, ofisiantları və musiqiçiləri özü cəlb edir. İndi bu təcrübə kağız üzərində bütün Azərbaycandakı şadlıq evlərinə lazım ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 32 d. əvvəl
-
36 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
-
1 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 1 saat əvvəl
-
12 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
12 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 12 saat əvvəl
-
12 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
13 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
13 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
15 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Ən çox oxunanlar
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®

























