Agentlik “Qala Sığorta” ilə böyük məbləğdə müqavilələr bağladı
Bakı Nəqliyyat Agentliyi, "Əmlakın yanğın və əlavə risklərdən sığortası", "Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətlərinin Könüllü Sığortası", "Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası" və "Avtokasko" xidmətlərinin satın alınması üçün elan etdiyi təkliflər sorğularını yekunlaşdırıb.
"Marja" xəbər verir ki, "Qala Sığorta" ASC təkliflər sorğuslarının qalibi olub. 07.01.2020-ci il tarixində Bakı Nəqaliyyat Agentliyi "Qala Sığorta" ASC ilə3 milyon 817 min 997 manat məbləğində müqavilələr imzalayıb.
Xəbər verdiyimiz kimi, bundan əvvəl “Qala Sığorta” ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin inzibati binasının və əmlakının sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olmuşdur. Qalib şirkətə 1 illik xidmət üçün 10 min 207 manat sığorta haqqı ödəniləcək.
Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarəti həyata keçirən Səhiyyə Nazirliyinin tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs də anbar səhələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınması üçün elan etdiyi tenderdə “Qala Sığorta”nı qalib elan etmişdir. İnnovasiya və Təchizat Mərkəzi “Qala Sığorta” ASC ilə müqavilə imzalamışdır. Məbləği 280 min manat olan müqavilə Mərkəziə məxsus anbar səhələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















