Bu məhsulları Çindən alırıq - Siyahı
İqtisadçı ekspert Rövşən Ağayev hazırda Çində yayılan epidemiyaya görə ticarət əlaqələrimizin məhdudlaşmasının nələrə təsir edə biləcəyini araşdırıb.
R. Ağayev qeyd edib ki, Çindən idxalımız Rusiya və Türkiyədən sonra 3-cü yerdədir: “Ümumi idxalın təxminən 10%-i Çindən daxil olur. Amma bazarın real tələbatını idxalın dəyəriylə ölçmək aldadıcı ola bilər. Çünki ucuz idxal natural ifadədə bazarda daha həlledici payla təmsil olunur.
Məsələn, ola bilər biz Türkiyə və Çindən eyni dəyərdə toxuculuq və geyim malları alaq. Amma eyni mallar Çindən 50% ucuz gəlirsə, bu halda onun bazarın tələbatının ödənməsində xüsusi çəkisi Türkiyədən 50% çox olacaq.
Dəyər ifadəsində Azərbaycanın Çindən idxalının mal qrupları üzrə bölgüsü belədir:
Ərzaq və tütün - 0.9%
Oduncaq və kağız-karton məmulatları - 1.8%
Mineral və kimyəvi məhlullar - 3.3%
Gips, keramika və daş məmulatları - 3%
Plastik kütlələr, kauçuk və rezin məmulatlar - 6.2%
Metal və metal məmulatlar - 11%
Toxuculuq və geyim əşyaları, dəri məmulatları - 15%
Maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri - 50%.
Bir daha qeyd edirəm ki, xüsusi çəkilər dəyər göstəriciləri əsasında hesablanıb. Natural göstəricilər əsasında hesablama apararaq bazarlara mümkün təsirləri qiymətləndirmək daha doğru yanaşmadır”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 9 d. əvvəl
-
-
19 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
30 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
44 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
49 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti



























