"Taksilərdə vahid qiymətin özünü doğruldacağı sual altındadır"
Artıq ölkədə şəxsi taksi fəaliyyəti ilə məşğul olanlarla yanaşı, bu işlə məşğul olan şirkətlər də kifayət qədərdir.
Bəzən daha çox müştəri qazanmaq üçün bu şirkətlər fərqli qiymətlər təklif edirlər. Ancaq artıq Bakı taksilərində vahid qiymət tətbiq olunacaq. Bir müddətdir ki, ölkədə fəaliyyət göstərən bütün taksi xidmətlərinin vahid tarifdə fəaliyyət göstərəcəyi haqqında müzakirələr gedir.
Taksi fəaliyyətindəki pərakəndəliyə son qoymaq məqsədi ilə nəzərdə tutulan gecə və gündüz tarifi üçün taksometrlər qoyulacaq və onlardakı tətbiqetmələr vasitəsi ilə taksilərə nəzarət etmək mümkün olacaq.
Bundan razı qalanlarla yanaşı, narazı olanlar da var. Sürücülər deyir ki, şirkət taksiləri Pirşağıya üç manata aparır. Ancaq “Koroğlu” metrostansiyası yaxınlığındakı taksilər iki manata aparır. Gecə ayrı qiymətin tətbiq olunması düzgün deyil. Məsafə eyni məsafədir. Bakıda indi kasib təbəqə hamısı ən ucuz taksi xidmətindən istifadə edir.
Təklifə qarşı çıxanlar iddia edirlər ki, vahid qiymət siyasətinin tətbiq edilməsi, bazar iqtisadiyyatının qanunlarına uyğun deyil. Onların fikrincə, belə bir qərar taksi xidmətindəki sağlam rəqabət mühitinə xələl gətirəcək, vətəndaşlara ucuz xidmət göstərən taksilərin işinə maneə yaradacaq.
Ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycanda təxminən 10 il bundan öncə taksidən istifadədə vahid tarif müəyyən olunsa da, sonradan bu, müxtəlif mülahizələrə yol açması, gediş haqqına nəzarətin mümkünsüzlüyü və digər səbəblərdən qüvvədən düşüb. Çünki taksi kimi fəaliyyət göstərən avtomobillərin komfortluğu, təhlükəsizlik səviyyəsi müxtəlifdir. Müştəri kimi taksi xidmətindən istifadə edənin də seçimindən çox şey asılıdır. Misal üçün, müştəri müasir tələblərə cavab verən, rahat, yaxud da sovet dövründən qalma, yalnız köhnə standartlara cavab verən avtomobilin taksi xidmətindən yararlana bilər. Bu, müştərinin öz seçimidir. Bu kimi bir sıra səbəblərdən taksi xidməti sistemində vahid qiymətin tətbiqinin özünü nə qədər doğruldacağı sual altındadır.
Ekspert bildirir ki, elə bir təklif var ki, gecə və günduz fərqli qiymətlər tətbiq ediləcək. Çünki elə indi də bəzən pik saatlarda sürücülər tıxaca görə sifarişdən imtina edir. Ona görə axşam saatlarında qiyməti artırmaq məcburiyyətində qalırlar. Əslində bu proses indi də var. Şəxsi taksi xidməti göstərən standartlara cavab verdikdən sonra qeydiyyatdan keçib fərqlənmə nişanı ala biləcəksə, yalnız onların avtomobillərində taksometrlər quraşdırılacaq, kilometraja görə də qiymət tətbiq ediləcək.
© Oxu
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 35 d. əvvəl
-
39 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
43 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur




























