Sığorta haqqı pullarının 90 faizə yaxını 10 şirkətə gedir
2019-cu ildə Azərbaycanın 22 sığorta şirkəti tərəfindən cəmi 681 milyon 177 min manat sığorta haqları hesablanıb.
Marja-nın hesablamasına görə, cəmi sığorta haqlarının 60,5%-i və ya 411 milyon 803 min manatı 3 şirkət (PAŞA Həyat, PAŞA Sığorta və Azərsığorta) tərəfindən, 71,6%-i və ya 487 milyon 774 min manatı 5 şirkət (PAŞA Həyat, PAŞA Sığorta, Azərsığorta, Atəşgah Həyat, Atəşgah”Sığorta) tərəfindən hesablanıb.
10 sığorta şirkəti (PAŞA Həyat, PAŞA Sığorta, Azərsığorta, Atəşgah Həyat, Atəşgah Sığorta, Xalq Sığorta, Qala Sığorta, Meqa Sığorta, İpək Yolu Sığorta və AtaSığorta) tərəfindən 601 milyon 305 min manat sığorta haqları hesablanmışdır ki, bu da cəmi sığorta haqlarının 88,3%-nə bərabərdir.
Qalan 12 sığorta şirkəti tərəfindən cəmi 79 milyon 873 min manat sığorta haqları toplanıb və bu məbləğ cəmi hesablanmış sığorta haqlarının 11,7%-nə bərabərdir.
№ | Sığortaçının adı | 2018 | 2019 |
Sığorta Haqları, min manatla | Sığorta Haqları, min manatla | ||
1 | “Amrah Sığorta” | 744 | 861 |
2 | “A-Qroup Sığorta Şirkəti” | 13,170 | 15,125 |
3 | “AtaSığorta” | 22,438 | 18,094 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 60,107 | 39,087 |
5 | “Atəşgah” Sığorta Şirkəti | 36,806 | 36,884 |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 18,601 | 975 |
7 | Dövlət Sığorta Kommersiya Şirkəti | 43,389 | 49,067 |
8 | “Azərbaycan Sənaye Sığorta | 8,139 | 5,632 |
9 | “Azsığorta” | 20,030 | 15,289 |
10 | “Bakı Sığorta” | 1,024 | 1,140 |
11 | “Günay Sığorta” | 5,837 | 7,222 |
12 | “İpək Yolu Sığorta” | 17,003 | 18,495 |
13 | “Meqa Sığorta” | 25,769 | 21,815 |
14 | "Naxçıvansığorta" | 263 | 546 |
15 | “Paşa Həyat Sığorta” | 264,988 | 212,559 |
16 | “Paşa Sığorta” | 128,007 | 150,177 |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 15,897 | 14,861 |
18 | “Qala Sığorta” | 16,557 | 26,787 |
19 | “Rəvan Sığorta” | 1,759 | 3,185 |
20 | “Standard Insurance” | 12,931 | 14,060 |
| "Xalq Həyat" Sığorta Şirkəti | - | 977 |
21 | “Xalq Sığorta” | 14,496 | 28,340 |
| YEKUN | 727,954 | 681,177 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























