Bu gün Türkiyə faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Mərkəzi Bankı (TCMB) Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.
"Marja"nın məlumatına görə, Türkiyə Mərkəzi Bankının faiz qərarı məzənnə baxımından əhəmiyyətli ola bilər.
Bazarlar Bankın faizi 0,25 bənd endirərək 11,25%-dən 11%-ə salacağını gözləyir. Faizdə 0,50 bənd endirim ediləcəyi proqnozu da verilib.
Mərkəzi Bankın faizi sabit saxlayacağını hesab edənlər də çoxdur. İnflyasiyanın 12.15%-ə yüksəlməsi Mərkəzi Bankın faiz endiriminə davam etməsini çətinləşdirir.
"Foreks"in sorğusuna qatılan 21 iqtisadçının 8-i Türkiyə Mərkəzi Bankının faizdə dəyişiklik etməyəcəyini düşünür, 8 iqtisadçı 0,50 bənd, 3 iqtisadçı 0,25 bənd, 2 iqtisadçı isə 0,75 bənd endirim olacağı proqnozunu verib.
"Reuters"in 15 təşkilatın iştirakı ilə keçirdiyi sorğuya görə, faiz 0,50 azaldılaraq 10.75 %-ə salınacaqdır.
Bu həftə beynəlxalq kredit reytinqi təşkilatı "Fitch" Türkiyə qiymətləndirməsini açıqlayacaq. Fitch, 1 Noyabrda ölkənin "mənfi" olan proqnozunu "sabit"ə yüksəldmiş, kredit reytinqini BB- olaraq təsdiq etmişdi.
"Ata Yatırım" şirkətinin Direktoru Cem Tözge, "Mərkəzi Bankından kiçik bir faiz endirimi ola bilər ya da heç dəyişiklik olmaya bilər. Son baxdığımız kredit rəqəmləri, inflyasiyadakı son rəqəm səbəbi ilə bəlkə bu yığıncağı pas keçə bilər" ifadəsini istifadə edib. Tözge, məzənnənin, geosiyasi risklər və Mərkəzi Bank qeyri-müəyyənliyi ilə 6 üzərindəki hərəkətini davam etdirə biləcəyini söyləyib.
Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarının və Fed protokollarının izləniləcəyi yeni günə dollar/TL məzənnəsi 6,06 səviyyəsindən başlayıb.
ABŞ Mərkəzi Bankı (Fed), 28-29 Yanvar yığıncağının protokollarını Bakı vaxtı ilə saat 22.30-da açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























