Bank Respublika NFC ödənişlərin tətbiqinə başladı!
Bank, NFC (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb(®) Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim böyük önəm verən Bank Respublika, bu istiqamətdə daha bir mühüm addım atdı.
Bank, NFC (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri sadəcə smartfonları vasitəsilə həyata keçirə biləcəklər. Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir.
Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər. Xüsusən vurğulamaq lazımdır ki, Bank Respublikanın “Mobil Şöbə”istifadəçiləri NFC ödənişlərini İnternetə qoşulma olmadan belə rahat şəkildə etmək imkanını qazanacaqlar.
Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür. (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları)
NFC ödənişlər üzrə video təlimat
Həmçinin, hal-hazırda yaranan şəraitdə Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişlərini daha təhlükəsiz NFC texnologiyası vasitəsilə, təmassız olaraq həyata keçirmələrini tövsiyə edir.
“Günümüzdə müştərilərimizin sağlamlığı bizim üçün daha böyük məna kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virus infeksiyasına tutulmamaq və qorunmaq üçün əhaliyə ödənişlər zamanı təmassız vasitələrdən istifadə edilməsini tövsiyə edir. Bu tövsiyəni nəzərə alaraq, NFC texnologiyasına əsaslanan təmassız ödəniş xidmətini artıq bugün müştərilərimizə təqdim etdiyimiz üçün çox şadıq. Artıq müştərilərimiz alış-veriş zamanı ödənişlərini kağız əsginaslarla deyil, smartfonlar vasitəsilə də təmassız olaraq tam təhlükəsiz həyata keçirə biləcək. Bank sektorunda innovativ texnologiyaları tətbiq edən lider banklardan biri kimi, Bank Respublika gələcəkdə də yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək”- deyə Bank Respublikanın İdarə Heyətinin sədr müavini Aslan Abasov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























