Avro və qızılda bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır
Dolların aparıcı valyutalara nisbətən qiymətinin keçən həftənin minimumunda ticarət edilməsi, dəyər itirməkdə davam edəcəyi proqnozlarını daha da artırır.Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Bunun əsas səbəbi isə Amerika Mərkəzi Bankının iqtisadiyyata dəstək olmaq üçün 2.3 milyard dollarlıq yeni yardım paketinin tətbiq etməsidir.
İngiltərə Bankı da bunun kimi addım atsa da funtun qiyməti hazırda daha etibarlı hesab edilir. Avropa Mərkəzi Bankının ultra yumşaq monetar siyasəti isə yeni deyil və artıq sərhəd tanımır.
Beləliklə, bazarlarda həm dollar, avro və funt tezyiq altında olsa da şahidi olduğumuz siyasət fonunda öndə olan ölkənin valyutası daha çox ucuzlaşır. Təhlillərə əsasən isə EUR/USD ilə GBP/USD məzənnələrində müşahidə edilən bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. USD/JPY məzənnəsi üzrə təhlillərdə ucuzlaşması ehtimallarının artması istiqamətindədir.
Bütün bunlar əlvan metallar bazarlarında qızıla olan tələbi də artırır. 1700$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymətin son 8 ilin maksimumuna - 1800$-a kimi dəyər qazanacağı proqnozları da artmaqdadır.
Qlobal iqtisadiyyatın zəifləməsi, Türkiyənin ixrac potensialına mənfi təsir etməklə yanaşı, TCMB-nin faiz azaldılması siyasəti fonunda xarici investisiyaların azalması gözləntiləri lirəyə olan təzyiqləri daha da artırır. USD/TRY məzənnəsi hazırda 2018-ci ilin avqust ayının maksimumuna doğru bahalaşmaqdadır və bu, 7.10 lirə səviyyəsi ehtimallarını da artırır.
Qeyd etmək lazımdır ki, qlobal iqtisadiyyatın öncül dövlətlərində iqtisadiyyat aşırı pul yardımı ilə ayaqda saxlanılmaqdadır. Lakin bu, iqtisadiyyatlara qısa müddətli perspektivdə müsbət təsir etsə də gələcəkdə yüksək inflyasiya riski qapıda dayana bilər. Beləliklə, cari pul-kredit siyasəti fonunda gözləntilər sözügedən ölkələrin valyutalarına olan tələbin azala biləcəyi istiqamətindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
31 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 54 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı































